Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“DQR” rəhbərləri ordumuzun HƏDƏFİNDƏ



“Separatçıların önəmli simaları məhv edilməlidir”

Elxan Şahinoğlu: “Onların həyatı bizimkindən də betər olmalıdır” 

Yaşar Aydəmirov: “Zakir Həsənovun helikopterinin vurulması ilə bağlı yayılan məlumatlar sadəcə, şayiədir”

Üzeyir Cəfərov: “Ruslarla bərabər erməniləri yerlərində oturtmalıyıq”

Son günlər düşmən tərəfi təmas xəttində müntəzəm təxribatlar törədir.Ötən gün düşmən tərəfi Ağdamda xeyli gərginlik yaradıb.Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.Yaşayış məntəqələrinə xeyli ziyan dəyib, sakinlərin rahatlıqları pozulub.

Bundan əlavə cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.Əslində bu cür təxribatların törədilməsində Ermənistanın məqsəd və məramı anlaşılandır.Ermənistan tərəfinin əsas məqsədi Azərbaycanı əks addıma sürükləmək və bundan məkrli məqsədlər üçün istifadə etməkdir.Eyni zamanda Dağlıq Qarabağla bağlı danışıqları gündəmdən çıxarıb məsələni başqa yönə çəkməkdir.

Politoloq Elxan Şahinoğlunun fikirncə, Azərbaycan ordusunun işğal altındakı torpaqlarda separatçıların zenit-raket kompleksini məhv etməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub: “ Deyirlər ki, ”zenit-raket kompleksinin məhv olunmasının əvəzini çıxmalıyıq, yoxsa Azərbaycan daha çox üstümüzə gələcək”.

Göstərdikləri misal da maraqlıdır: “Ağdam səmasında helikopterimizi vurdular, 3 hərbçimizi itirdik, əvəzini çıxmadıq. Bu dəfə də əvəzini çıxmasaq, Azərbaycan ordusu itki verməsə, qarşı tərəfdə ruh yüksəkliyi artacaq”.

Ən maraqlısı odur ki, separatçıların “daha çox azərbaycanlı hərbçi öldürməliyik” fikirlərini Rusiyadakı bəzi saytlar da tirajlayır.Haqlıdırlar, biz vurmaqda davam edəcəyik, əvəzini çıxmağı bacarsalar da, bacarmasalar da yenə vuracağıq, başqa alternativimiz yoxdur.Torpaqlarımızı işğal etməklə həyatımızı zəhərə çevirdilər, demək onların həyatı bizimkindən də betər olmalıdır.

General Yaşar Aydəmirov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Müdafiə naziri Zakir Həsənovun helikopterinin vurulması ilə bağlı yayılan məlumatlar sadəcə, şayiədir: “Bizim müdafiə rəhbərimizin helikopteri yoxdur və heç kəs onun helikopterini vura bilməz. Çünki birbaşa düşmənlə təmas xəttində olan əraziyə helikopterlə daxil olmurlar.Bunların hamısı iftiradır, uydurmadır və sadəcə, növbəti sensassiya yaratmaq məqsədi daşıyır”.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə ümumiyyətlə, bütün təxribat və hücumlarda Azərbaycan ordusu düşmənin cavabını verməlidir:

“Azərbaycan işğal altında olan ərazilərində düşmənin nə qədər separatçılardan ibarət önəmli simaları varsa, bir-bir məqsədyönlü şəkildə məhv edilməlidir. Başda Sarkisyan olmaqla, onlar qanunun dilini, beynəlxalq hüquq və normalarını bilmirlərsə, onları başa salmağın yeganə yolu silahdır. O silah isə Azərbaycan əsgəridir. Gör, həyasızlığın hansı dərəcəsidir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın həm torpaqlarını işğal altında saxlayır, həm də bəyan edirlər ki, Azərbaycanın müdafiə nazirini məhv edəcəklər, onun döyüş helikopterini vuracaqlar.Bunun başqa adı nədir?Azərbaycan müdafiə naziri və rəhbərliyi şərəf işidir ki, Ermənistan silahlkı qüvvəsinin bütün texnikasını yavaş-yavaş sıradan çıxarıb məhv eləsin ki, sonra vicdan hissini itirmiş ATƏT və onun satqın nümayəndələri hərəkətə keçsin.

Onlar üçün bu gün ancaq qan tökülməsi lazımdır.Çalışırlar ki, iki prezidenti bir araya gətirsinlər və sonra da hesabat tərtib etsinlər, bununla da böyük pullar əldə etsinlər.Əslində ermənilərin havadarları onlara bu tapşırığı verir.Bununla da Azərbaycan ordusunda qorxu və xof yaratmaq istəyirlər.Ona görə də belə bir vəziyyət yaratdılar və Azərbaycan Müdafiə Nazirliyi də belə bir bəyanat verməyə məcbur oldu.İstənilən halda Azərbaycan hərbi rəhbərliyinə qarşı terror əməliyyatının həyata keçirilməsi ilə bağlı xəbərdarlıqdır.Demirəm, bu yüz faiz reallaşa biləcək. Bu bizim üçün bir şərəf məsələsi olmalıdır ki, bu “çaqqal yığnağı”nı birdəfəlik susduraq.

Çünki biz nə qədər gözləsək də beynəlxalq qurumlar tərpənməyəcək.Onlar üçün bugünkü vəziyyət ən ideal vəziyyətdir.Onlar ayda, ildə bir dəfə görüş təşkil edirlər və Bakıdan vurub İrəvandan çıxırlar, Vyanada görüşürlər, Vaşınqtona gedirlər.Qarabağ məsələsi yerindən bir santimetr də olsun tərpənmir.Özünə hörmət edən diplomat papağını qarşısına qoyub Azərbaycan xalqından üzr istəyər və deyər ki, “20 ildir biz sizi ümidləndirirdik ki, nəyisə həll edəcəyik.Amma ermənilərlə bacarmırıq”.Onların bacarmadıqlarını isə Azərbaycan silahlı qüvvələri etməlidir və tez bir zamanda bu məsələyə nöqtə qoyulmalıdır.Bundan uzaq və çəkinmək lazım deyil.Yetər artıq bizim hissiyyatımızla oynadılar.Nəhayət ki, ruslarla bərabər erməniləri yerlərində oturtmalıyıq”.


Ekspert əlavə edib ki, əslində ermənilər nə istədiklərini özləri də bilmir: “Ağdamda da gərginliyi ona görə yaradıblar ki, həm siyasi, həm də hərbi xətlə bir gərginlik olsun. Yenə də özlərini ağıllı göstərməyə çalışacaqlar ki, sizləri biz sülhə, sakitliyə dəvət edirik.Ötən ilin aprelində etdikləri “tülkülük” bu dəfə keçməyəcək”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений