Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Gecə sobanı yanılı qoyub yatıblar, qaz da dolub evə...”



Xəbər verdiyimiz kimi, jurnalist Əfqan Muxtarlının bacısının ailəsində faciə baş verib.  Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında kirayədə yaşayan Nuranə Sabir qızı Muxtarlı və onun bir azyaşlı övladı, o cümlədən qardaşı Ramazanın azyaşlı qızının meyitləri aşkar edilib.

Hadisə barədə Meydan TV-yə Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı məlumat verib. Onun sözlərinə görə, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb:

“Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə”.

Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

E. Muxtarlı bildirib ki, hazırda meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: "Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: "Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım".

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil deyib ki, hazırda Penitensiar Xidmətə gedirəm və hələlik dəfndə iştirakına icazə verilməyib.

***

Zaqatala rayon prokurorluğundan APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq,  mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır. 

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyst tədbirləri davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений