Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Gəncədə baş verənlər Azərbaycana qarşı siyasi təxribatdır" - POLİTOLOQ



“Gəncədə baş verənlər müəyyən mərkəzlərin Azərbaycana qarşı siyasi, zorakı təxribatıdır. Gəncə təsadüfü seçilməyib. Çünki, burada dindarlar var, onların dinə münasibəti həssasdı. Amma, bu olaylarda gəncəliləri istifadə edirlər”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, qeyd edib ki, təxribatlara getmək lazım deyil, gənclər sosial şəbəkədə maksimum təmkin göstərməlidir:

“Baş verənlər, xüsusi ilə Gəncə olayları heç də dini və sosial məsələlərdən narazılıqla əlaqədar deyil. Ona qalarsa, ölkənin regionlarında iqtisadi və sosial vəziyyət çətindi. Burada kirli siyasət var. Ölkəmizi və suverenliyimizi hədəfə alırlar. Bu siyasi təxribatlar, böyük siyasi oyunların getdiyindən xəbər verir.

Azərbaycan xalqı bu təxribatlara qarşı kəskin mövqe tutmalı, ölkədə bu olayalara rəvac verənlər aşkar olunub cəzalanmalıdır. Xaricdə fəaliyyət göstərən separat ünsürlərin sosial şəbəkədə çağırışlarına qarşı əhəmiyyət verməmək lazımdır. DTK bununla bağlı xaricdə həmin dairələri zərərləşdirməlidir. Görünür xaricdə həmin separatçı və ölkəmizə qarşı iş aparanlar daxildə bəzi güclü qrupların maraqlarına xidmət edir. Azərbaycanda bu hadisələrin baş verməsi, planlı və əvvəlcədən hazırlanmış xalqa və dövlətə yönələn zorakı siyasətdir. Hazırda proseslər hakimiyyətin nəzarətindədir”.

Politoloqun sözlərinə görə Gəncə hadisələri heç də əhalinin narazı kütləsinin etirazı deyil: 

“Əgər, proseslər nəzarətdə olmasa idi, dövlət başçısı Brüsselə NATO zirvə görüşünə qatılmazdı.

Ölkəmizə qarşı bu siyasi terrorun arxasında Rusiya və İranın müəyyən dairələrinin də rolunu istisna etmək lazım deyil. Çünki,bir neçə gün bundan əvvəl İran haqqında yazdığım şərhdə İranın Yaxın Şərqdə apardığı dini və ideloji hərbi fəaliyyəti Azərbaycanı da təhdid edir. Bundan əlavə, Rusiya daima ölkəmizə qarşı tıxribatların planlaşdırıldığı ölkə olub”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений