Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Güc sahibi” Azərbaycan filminin qala-gecəsi keçirilib – FOTO - VİDEO



Gənclik Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında mistika, triller janrında olan “Güc sahibi” Azərbaycan filminin qala-gecəsi keçirilib.

Cebhe.info xəbər verir ki, qala gecədə filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və eyni zamanda baş qəhrəmanıdır. Baş rollarda həmçinin İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz çəkilib.

Süjet xəttinə gəlincə, film hələ uşaqlıqdan dostluq edən 3 nəfərdən bəhs edir. Onlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostun ad günü düzənlənir və həmin bir əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Aytən Həsənova
Cebhe








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений