Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Gürcücə Vikipediya”da Azərbaycan məqaləsi seçilmiş məqalə oldu



"Gürcücə Vikipediya"da Azərbaycan məqaləsi araşdırmaçı tanınmış Mehman İbrahimov tərəfindən əsaslı redaktə olunduqdan sonra ayın məqaləsi seçilib. 

https://ka.m.wikipedia.org/wiki/%E1%83%90%E1%83%96%E1%83%94%E1%83%A0%E1%83%91%E1%83%90%E1%83%98%E1%83%AF%E1%83%90%E1%83%9C%E1%83%98

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Məqalədə Azərbaycanın turizmi, mədəniyyəti, iqtisadiyyatı və s. sahələr və işğal olunmuş torpaqlarımız haqqında geniş məlumatlar öz əksini tapıb.

Məqalə "Gürcücə Vikipediya"da bir ay ərzində görünəcək. İki gün ərzində üç mindən çox baxış olub. Baxışın artacağı gözlənilir.

Qeyd edim ki, Mehman İbrahimov xarici mətbuatda Azərbaycan həqiqətləri uğrunda mübarizə aparan araşdırmaçılardandır. Dəfələrlə Ermənistanın Qarabağı işğal etməsi və Xocalı soyqırımı barədə xarici mətbuatda sərt məqalələrlə çıxış edib”,-deyə E.Eltürk əlavə edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений