Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Həzi Aslanov”da eskalatorun əsaslı təmiri başa çatıb



Fevralın 13-də metronun “Həzi Aslanov” stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılan “ET-5M” markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.

Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avadanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений