Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Hüquqlarını bilən insanın hüququnu pozmaq mümkün deyil” - MÜSAHİBƏ



İnsan hüquq və azadlıqlarının qorunması sahəsində problemlər mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu və digər suallarımızı Demokratiyanı Himayə Mərkəzi İctimai Birliyinin sədri Sabir Qürbətov cavablandırıb.

-Sabir bəy, Azərbaycan vətəndaşları öz hüquqlarını qoruya bilirlərmi?
-Çox təəssüf ki, bu məsələdə tam mənası ilə “hə” demək mümkün deyil. Çünki hər birimiz bilirik ki, bu gün insan hüquqlarının qorunmasında ciddi problemlər var. Doğrudur, bu istiqamətdə müəyyən işlər aparılır və müsbət nəticələr də əldə olunub. Bunu danmaq olmaz. Ancaq bütün bunlara rəğmən hələ də insanlarımızın əksəriyyəti nəinki hüquqlarını qoruya bilmir, hətta öz elementar hüquqları haqqında məlumata malik deyillər. Bu gün ən ciddi problem də məhz budur. İlk növbədə hüququnu bilən insanın hüququnu pozmaq mümkün deyil. İstisna hallar da mövcuddur. Amma bir çox hallarda bu problemlər məhz hüquqlarımızı bilməməkdən qaynaqlanır. Biz bilirik ki, bu istiqamətdə maarifləndirmə işləri aparan ictimai təşkilatlar var və bu gün də fəalliyyətlərini davam etdirirlər. Ancaq göründüyü kimi nəticə qənaətbəxş deyil. Bu sahə çox genişdir və görüləsi işlər çoxdur. Qısa müddət ərzində bütün xalqa öz hüquqları ilə bağlı bilgi vermək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, hökumət də bu sahədə işlər aparmalıdır. Məsələn, hər bir rayon İcra Hakimiyyətində həftədə bir dəfə bu mövzuda tədbirlər, dinləmələr keçirilə bilər.  Düşünürəm ki, bunun effekti kifayət qədər yüksək ola bilər.

-Bu sahədə problemlər daha çox  hansı regionlardadır?
-Hesab edirəm ki, paytaxt da daxil olmaq ölkənin hər yerində bu problem aktualdır. Ancaq daha çox maarifləndirmə işləri Bakıda aparıldığı üçün bu problem özünü o qədər də bürüzə vermir. Ancaq regionlarda vəziyyət daha çox acınacaqlıdır. Burada həm də vətəndaşın günahı var. Məsələn, hansısa ucqar rayonda yaşayan üçün onun hüquqlarının qorunması və ya pozulması o, qədər də maraqlı deyil. Təbii ki, bu yanlış yanaşmadır. Hər bir insanın hüquq və azadlıqları qanunvericiliklə tənzimlənir və bu da bütün ölkə vətəndaşlarına şamil olunur. 

“Cümhuriyət”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений