Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“İcbari tibbi sığortaya keçid sürətləndirilməlidir” - MÜSAHİBƏ



Bu gün ölkənin səhiyyə sistemində ciddi problemlər müşahidə edilir.“Səhiyyə Hüquqları İnstitutu” İctimai Birliyinin sədri Elçin Novruzov “Cümhuriyət”ə müshaibəsində bu problemlər və həlli yolları barədə danışıb.

-Elçin müəllim, bu gün Azərbaycan səhiyyə sisteminin əsas problemləri hansılardır?

- Səhiyyə sistemi, səhiyyə xidmətlərinin səviyyəsi, keyfiyyəti hər bir cəmiyyətin, ölkənin inkişaf göstəricilərindən biridir. Səhiyyə sisteminin vəziyyəti ölkə və cəmiyyətin yetkinliyindən, insana verilən dəyərdən xəbər verir.Bu baxımdan səhiyyə sistemimizdə problemlərə, çətinliklərə diqqət çəkmək də əhəmiyyətlidir.Biz uğurlardan danışmağa adət etsək də, mövcud vəziyyətdə daha çox olan problemlərin gündəliyə gətirilməsinə diqqət yetirməliyik.Şübhəsiz ki, Azərbaycan səhiyyəsinin problemlərinin öyrənilməsi, həlli yollarının təklif edilməsi genişmiqyaslı, çoxsaylı tədqiqatlar aparılmasını zəruri edir.Jurnalistlər sadəcə gözlə görünən, hər kəsin fərqində olduğu məsələləri vurğulamağa çalışırlar. 15 yanvar 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Şübhəsiz ki, hökumətin bu addımı xoş məramdan və sosial yanaşmadan irəli gəlirdi.Lakin, praktikada əhali dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində xidmətlərdən yalnız çox cüzi şəkildə pulsuz faydalana bildi.Faktiki olaraq, əhali aldığı tibb xidmətlərinin dəyərini qeyri-rəsmi şəkildə ödəyir.Burada da təəccüblü heç nə yoxdur.Azərbaycanda səhiyyə xərclərinin ÜDM-dəki payı o qədər də çox deyil.Yəni, bu vəsaitlə, hətta o çox şəffaf xərclənsə belə, əhalinin tibb xidmətlərinə olan ehtiyacının əsas hissəsini ödəmək mümkün deyil. 2016-cı il dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait ümumi xərclərin 9,3 faizini təşkil edib. Bu isə orta Avropa göstəricilərindən çox aşağıdır.Digər tərəfdən, səhiyyə sistemi əmək haqqına görə ölkə iqtisadiyyatında ən aşağı səviyyədə olan sahələrdən biridir.Sirr deyil ki, səhiyyə işçilərinin faktiki qazancının çox böyük hissəsi vətəndaşlar tərəfindən qeyri-rəsmi ödənişlər hesabına formalaşır. Əks halda, bu cür aşağı əmək haqqı ilə ən alturist tibb işçisi də az müddət ərzində olsa belə, pulsuz tibb xidməti göstərə bilməz.

-“Neft bumu” dövründə səhiyyə sistemində islahatlar aparmaq olardımı?

- Əlbəttə, bunu etmək olardı, amma gecdir.Məsələ ondadır ki, neft gəlirlərinin ən yüksək həddə olduğu zamanlarda belə səhiyyə xərcləri ildə bir milyard manata çatmadı.Nəzərə almaq lazımdır ki, səhiyyəyə ayrılan vəsaitin böyük hissəsi tibb obyektlərinin tikintisi və təmirinə xərcləndi və tibb personalının sosial müdafiəsində heç bir ciddi irəliləyiş qeydə alınmadı.Əslində indiki pulsuz tibb xidmətləri ilə bağlı özünüaldatma sistemi vətəndaşlarla tibb işçilərini üz-üzə qoymaqla, faktiki olaraq səhiyyədə çox qeyri-sağlam münasibətlərin yaranmasına səbəb oldu və bu gün də davam edir.Dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində işləyən tibb işçiləri qeyri-rəsmi ödənişlər tələb etməyə, vətəndaşlar isə bununla barışmağa məcburdurlar.Son 10 ildə Azərbaycan səhiyyəsi üçün əldən verilmiş imkanlardan biri də icbari tibbi sığorta sisteminin tətbiq edilməməsi oldu.2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyası” təsdiq edildi.2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyi yaradıldı.2012-ci ilə qədər ölkədə icbari tibbi sığortaya keçid istiqamətində, mərhələli şəkildə addımlar atılacağı gözlənilirdi.Amma bu baş vermədi.Son dövrlər biz yalnız müəyyən çıxışlar eşidirik.İcbari tibbi sığorta səhiyyənin müasir standartlara uyğun təşkili ilə yanaşı sosial müdafiə sisteminin ən vacib elementidir.Hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların əksəriyyəti üçün normal tibb xidmətləri əlçatan deyil.Tibb xərcləri o səviyyədədir ki, bəzən bir müalicə kursu üçün illik əmək haqqı bəs eləmir.Təsəvvür edin ki, kitabxanada çalışan bir vətəndaş böyrək əməliyyatı üçün nə qədər xərc çəkməlidi. O, isə minumum əmək haqqından (195 manat) bir az çox əmək haqqı alır. Misal üçün qeyd edək ki, MDB-nin ən kasıb ölkələrindən biri olan Moldova 2004-cü ildən icbari tibbi sığortaya keçib.Dünya təcrübəsi də sübut edir ki, Azərbaycanda hazırda tətbiq olunan səhiyyənin maliyyələşdirilməsi sistemi səmərə vermir.

“Cümhuriyət”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений