Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İran demokratikləşsə...  Cənubi Azərbaycan məsələsi aktuallaşacaq” - Ekspert



“Azərbaycanın problemləri çoxdur, ən böyük problemlərdən biri də budur ki, ölkədə normal "beyin mərkəzləri", ciddi analitik qurumlar yox dərəcəsindədir”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekpert Natiq Cəfərli deyib.

O, deyib ki, hətta qonşularımızı belə öyrənə bilmirik, həmişə şablonlarla düşünürük: “1) Şablon - Ernənistan əhalisi acından “oboy” yeyir, ölkə boşalır, içtimai nəqliyyatdan tək "RAF"-ları var, o da bir dənədir, həmişə mərkəzi küçədə, dairədən dönən zaman görünür (AzTV ancaq bu kadrı verir). Reallıq - Düşmən dövlətdə hökumət koalisiyası, parlamentdə 3 fraksiya var, ölkədə 2 müxalif TV-kanal, 3 FM radio fəaliyyət göstərir, "Azadlıq Radiosu" da FM-də yayımlanır, 2017-də ÜDM artımı 3%-dən çox olub, minimum əmək haqqı və təqaüd dollar ifadəsində bizdən az deyil, Qərblə əlaqələri sürətlə yaxşılaşır, ölkə parlament respublikasına keçir, 2) Şablon - İran çox geridə qalıb, elm-təhsil yoxdur, iqtisadiyyatları çöküb, ölkəni ancaq mollalar idarə edir, farslar ermənilərin dostudur.

Reallıq - Ölkə son 5 ildə ətraf coğrafiyada ən güclü dövlətlərdən birinə çevrilib, Livanı, Suriyanı, Yəməni, İraqı tam nəzarətdə saxlayır, geniş "şiə qurşağı" qurub. İran ABŞ-ı söysə də, məhz Amerikanın bölgəyə müdaxiləsindən sonra İran ətraf ölkələrdə əsas oyunçu oldu, İraqı, Livanı, Yəməni və Suriyanı idarə etməyə başladı. Elm-təhsilləri yaxşı vəziyyətdədir, tibb çox inkişaf edib, iqtisadi potensialı çox güclüdür - amma ölkəyə "biçilən" rejim artıq "dar" gəlir, iqtisadi və elmi sıçrayışa rejim mane olur, əsas da gənclik bunu daha yaxşı hiss edir və dəyişim istəyir”. 

Ekspertin sözlərinə görə, son 10 ildə 20 mln.-dan çox İran vətəndaşı xaricə səfər edib, dünyanı görüb, son 30 ildə 1,5 mln. İran vətəndaşı Avropada- ABŞ-da təhsil alıb ölkəyə dönüblər - dəyişimin lokomotivi onlardır: “Məhz bu kəsim ölkələrinin daha modern olmasını istəyirlər, dünyəvilik arzulayırlar. Məhz bu anlamda bizlər də dünyəviliyin nə qədər vacib olduğunu anlamalıyıq. İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq. Ona görə də, İranda baş verənlərə etnik pəncərədən baxmaq olmaz. Cənubi Azərbaycan bizim üçün xoş arzu olaraq qalmalıdır. Bu gün İranda baş verənləri etnik zəminə çəkmək başlanan ədalətli, dünyəvi ölkə arzularını beşikdəcə boğa bilər. Diqqətli olmaq lazımdır, İran demokratikləşsə 20-30 ildən sonra orqanik və təbii yolla Cənubi Azərbaycan məsələsi aktuallaşacaq. Tələsən yerimiz yoxdur. Əsas qonşu və qohum dövlətin sivilləşməsidir. Bu buzim marağımıza tam cavab verir. Ona görə də nə qədər qəribə səslənsə də, etnik məsələni unudun, bu indiki mərhələdə çox ziyanlıdır...”

Alçina Amilqızı 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений