Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“İş olsa, siyasət də olar” - MÜSAHİBƏ



Son illər gənclərin böyük hissəi siyasi proseslərdən uzaq düşüb.Bunun bir səbəbi ənənəvi müxalifətin gənclərə meydan verməməsidir.Azərbaycan gənclərini siyasi proseslərdən uzaqlaşdıran başqa hansı səbəblər var?Müsahibimiz Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Rəşad Məlikovdur.

-Rəşad bəy, bu gün gənclər niyə siyasi proseslərə həvəssizdir? 
-Müxalifətdə olmaq, etiraz etmək işsiz qalmağın səbəbi deyil. Bu gün işsizlik təkcə müxalifətin deyil, ümumi problemdir.Son illərdə işsizlik daha çox vüsət alıb.Bu da özü ilə bərabərində sosial problemlərin artmasına yol açır.Bu gün hamı deyir ki, gənclər siyasi proseslərə qoşulmur.Bunun səbəbi qorxu deyil.Bu sosial problemlərin yaratdığı vəziyyətdir.Baş verən 2 devalvasiya işsizliyin artmasına səbəb oldu.Hər kəsə məlumdur ki, bu gün gənclər əsasən tikintidə çalışır.Ancaq böhran tikinti sektorunu da vurub, inşaatda işləyənlərin sayı da azalıb. Gəliri az olan və ya ümumiyyətlə, olmayan gənc siyasi proseslərə necə qoşula bilər? Bu baxımdan hesab edirəm ki, gəncləri bu məsələdə birbaşa günahlandırmaq doğru deyil.Çünki hər birimiz səbəbləri bilirik.

-Çıxış yolunu nədə görürsüz?
-Əslində çıxış yolu o qədər də sadə deyil.Bunun üçün ilk növbədə hökumət ciddi islahatlara getməlidir.Bu problemin başlıca səbəbləri aradan qaldırılmalıdır. Yeni iş yerləri yaradılmalıdır. Bunun üçünsə istehsal sahələrinin genişlənməsinə ehtiyac var. Gənclərin məşğulluğu ilə bağlı dövlət proqramı qəbul edilməlidir. Gənclərin özünə iş qurmasına, müəyyən xidmət sahələri yaratmasına şərait yaradılmalıdır. Bunu uzunmüddətli, az faizli kreditlər hesabına etmək olar. Təbii ki, bunun üçün gənclər də ciddi çalışmalı, dövlət üçün yararlı ola biləcək layihələr hazırlamalıdır. Bu problemlər həll olunduqdan sonra gənclər də siyasi proseslərə qoşulacaq.Əks halda, gənclərin siyasətdə aktivliyini, kütləviliyini gözləmək yersizdir.Əslində hökumət siyasi proseslərin qarşısını alır deyəndə də, bu kimi amillər nəzərdə tutulur.

“Cümhuriyət”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений