Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İslam həmrəyliyi və media” - Qaliblər mükafatlandırılır



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və “Məşədi Dadaş” məscidinin keçirdiyi "İslam həmrəyliyi və media" müsabiqəsinə yekun vurulub. 

Cebhe.info xəbər verir ki, tədbiri açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini camiə ilə media arasında münasibətlərdən danışıb, jurnalistlərlə görüşlər, eləcə də KİV əməkdaşları üçün seminarların keçirilməsinin önəmini vurğulayıb. Həmçinin əsas problem olan dindən sui-istifadə məsələsinə də toxunub, bu halları pisləyib. Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mediada dini mövzuda yol verilən nöqsanlardan söz açıb. Jurnalistikada əsas problem olan ixtisaslaşmanın olmamasının yaratdığı problemlərə toxunan sədr jurnalistika fakültələrinin tələbələri üçün dini mövzuda kursların keçirilməsinin önəmini qeyd edib. 

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyevanın təqdimatında bir sıra maarifləndirici məlumatlar verilib. 

Tədbirdə iştirak edən “Səs” İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyev, “Yeni Azərbycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Hacı Şahin, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Qəmər Əliyeva fikirlərini bölüşüb. 

Qeyd edək ki, tədbirdə qalib jurnalistlər mükafatlandırılacaq. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений