Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“İşsizlik gəncləri zərərli vərdişlərə meyilləndirir” – MÜSAHİBƏ



Rəhim İbrahimov: “Sosial məşğuliyyəti olmayan gənclərradikal dini qruplara qoşula bilərlər”

Total iqtisadi böhran işsizliyin artmasına səbəb olub. Bu problem xüsusilə, gəncləri cənginə alıb.İqtisadi böhranın yaratdığı problemlər, onlardan çıxış yolları ilə bağlı müxtəlif təkliflər var. Gənclər nə düşünür?Mövzu ətrafında suallarımızı ictimai fəal Rəhim İbrahimov cavablandırıb.

- Rəhim bəy, bir gənc ailə başçısı olaraq əmək fəaliyyəti ilə məşğul olmaq üçün nə kimi imkanlarınız var? 

- Əslində real imkanlar var, müəyyən istiqamətlədə Azərbaycanda fəaliyyət göstərmək olar.Lakin bu gün mən konkret olaraq işsizlikdən əziyyət çəkirəm.Belə ki, mənim yaşadığım ərazi yay mövsümü üçün Bakıın ən gözəl yerlərindən biridir. Lakin mən orda hər hansı xidmət sahəsi ilə məşğul ola bilmirəm. Çünki, dənizkənarı ərazilər hamısı Azərbaycanda yüksək ranqlı məmurların biznes yerləridir. Eyni zamanda mən təmir-tikinti işlərilə də məşğul ola bilərəm. Lakin bu fəaliyyəti leqallaşdırmaq üçün xeyli sayda bürokratik əngəllərdən keçməli və məmur özbaşınalığına tabe olmalıyam.Bütün bunlar mənim hüquq çərçivəsində fəaliyyət göstərməyimi çətinləşdirir.Belə olduqda isə, cari problemlərini həll etmək üçün çalışmağa məcbur olursan.

-Rəhim bəy, qeyd etdiyiniz işsizliyin fəsadlarını daha çox nələrdə hiss edirsiniz? 

- İlk öncə qeyd edim ki, ölkədə xüsusilə, gənclər arasında işsizlik var. Eyni zamanda zərərli vərdişlərin artması və bunun nəticəsi olaraq xəstəliklərin çoxalması cəmiyyətimizin daha ağır bəlasına çevrilə bilər.Son dövrlər statistikada narkomaniyanın artması dediklərimizə sübutdur. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov 2017-ci ilin əvvəlində bildirmişdir ki, 2016-cı ildə qeydiyyata alınan narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26000-i ötüb. Nəzərə alsaq ki, qeydiyyata alınmayanların sayı daha çoxdur.Eyni zamanda siqaretə və spirtli içkiyə aludə olanlar da ilbəil artmaqdadır.Deməyim odur ki, məşğuliyyətin olmaması gənc və yeniyetmələri cəmiyyətin normal həyatından uzaqlaşdırır.İşsizlik gəncləri zərərli vərdişlərə meyilləndirir.

-Sizcə, işsizliyin nəticələrini aradan qaldırmaq üçün nə kimi işlər görmək olar? 

- Bu göründüyü kimi o qədər də asan məsələ deyil. Çünki, iş yerlərinin çox olması üçün sahibkarlıq və biznes mühiti yaxşılaşdırılmalıdır. İnsanlar bacardıqları sahələr üzrə biznes qurmalı, hökumət onlara dəstək olmalıdır. İşsizliyin nəticəsi təkcə zərərli vərdişlərə meyilliliklə bitmir, eyni zamanda həmin gənclər radikal dini qruplara qoşula bilərlər ki, bunun da daha ağır nəticələri ola bilər. Azərbaycanda əhalinin say nisbəti baxımından bu qorxu olmasa da, gənclər arasında bu tendensiya inkişaf edə bilər.

Cümhuriyət








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений