Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Kent 4” niyə yoxa çıxdı? - "Gətiriblər, sadəcə, hələ üzə çıxarmırlar"



Bir neçə gündür ki, paytaxtdakı satış nöqtələrində “Kent 4” siqaretinin satışı dayandırılıb.

Cebhe.info xəbər verir ki, sözügedən siqaretin satışında yaranan problem adıçəkilən məhsulun bazada olmaması ilə əlaqədardır. Ehtimal olunur ki, bu məhsulun bazardan yığışdırılması qiymət artımı ilə bağlıdır.

Nə İqtisadiyyat Nazirliyi, nə də Dövlət Gömrük Komitəsi siqaretlərinin hansı səbəbdən bazardan yığışdırıldığını bilmir.

İqtisadiyyat Nazirliyinin sözçüsü hesab edir ki, ola bilsin, adıçəkilən siqaretin ölkəmizə gətirilməsində problem yaranıb. 

Gömrük Komitəsi isə heç bir qadağa qoyulmadığını deyir:

“Həmin siqareti ölkəyə gətirən şəxslər ola bilsin ki “Kent 4”-ü gətirib, sadəcə, hələ üzə çıxarmırlar”. 

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений