Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kəpəz”də daha bir futbolçu “Keşlə”yə qarşı oynamayacaq



Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir. 

Rekord.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir. Bir müddətdi ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. Klubun tibbi personalından verilən məlumata görə, “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.

Xatırladaq ki, “Kəpəz”in heyətində daha iki futbolçu zədəlidi. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений