Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kəpəz”ə 4 min manatlıq cərimə



AFFA İntizam Komitəsinin iclası keçirilib.

Cebhe.info xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının son turlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Kəpəz” - "Qəbələ” matçı başa çatdıqdan sonra "Qəbələ” klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. "Kəpəz” qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur.

"Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab "Kəpəz” klubu tərəfindən ödənilsin.

Əvəzedici heyətlərin 19-cu turunun "Qarabağ” - "Zirə” matçında "Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений