Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Khazar” gəlir, “NazLifan” gedir? – “Bizim maşınlar daha komfortludur”



Xəbər verdiyimiz kimi, Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillər iyunun ayından etibarən satışa çıxarılıb.

“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov satışın hələlik Bakının Badamdar qəsəbəsində aparıldığını və 1 ay müddətində zavodda 100 maşın istehsal olunub, satıldığını bildirmişdi:

“Hazırda 50 maşın istehsal prosesindədir. Növbəti ay üçün 200 ədəd də sifarişimiz var. İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası ilə yanaşı, digər dövlət qurumları tərəfindən də sifarişlər daxil olmaqdadır”.

Cebhe.info xatırladır ki, prezident İlham Əliyev dəfələrlə təşkil olunan görüşlərdə tez-tez bildirirdi ki, dövlət qurumları yerli avadanlıqlar almağa üstünlük verməlidir. Hətta, bir neçə il öncə “NazLifan” markalı avtomobillər istehsal edilərək müxtəlif nazirliklərə də verilmişdi.

Maraqlıdır, “Khazar” maşınları “NazLifan” maşınlarının satışına təsir edəcəkmi?

“NazLifan” markalı avtomobilləri istehsal edən zovoddan Cebhe.info-ya verilən məlumata görə hal-hazırda zavodda heç maşın yoxdur:

“Əlimizdə 7-8 ədəd maşın qalıb. Təzə maşınlar gözləyirik. “Khazar” maşınlarının bizə heç bir aiddiyəti yoxdur. Sadəcə bunu bildirim ki, o avtomobillər komfort baxımından bizim maşınlarımızdan zəifdir. Biznes klass deyil və çox funksiyaları yoxdur. Bizim maşınlarımız daha rahatdır, ona görə təsir edəcəyini düşünmürəm”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений