Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Korrupsiya varsa, demək qanunlar yaxşı işləmir”- MÜSAHİBƏ



Azərbaycanda qanunların tətbiq olunmasındakı problemlər var. Bunun əsas səbəbləri nədir?Suallarımızı Sürücülərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Zöhrab Təmrazov cavablandırır.

-Zöhrab bəy, belə deyim var ki, bir çox hallarda qanunların tətbiq olunması mexanizmləri işlək olmadığından problemlər yaşanır. Sizcə, vəziyyət necədir?

- Azərbaycanda qanunların işləməsinə münasibət məmurların bu qanunları nə cür tətbiq etməsindən asılıdır. Yəni məmurlar nə qədər qanunlara əməl edərək işləsə, əhalidə də qanunlara  münasibət normal olar. Buna görə ayrı-ayrı adamlar da bu məsələyə başqa cür baxırlar.Yəni, kimsə bizim konstitusion hüquqlarımızın pozulmasını, kimsə isə məmurların qanunları pozmasını qanunların işləməməsi kimi qiymətləndirir.Amma reallıq budur ki, cəmiyyətdə daha çox qanunların işləməməsilə bağlı fikir hakimdir.Biz bunu gündəlik mətbuatda və sosial mediada da eşidirik.Çox sadə şəkildə elektron KİV-də monitorinq aparsaq və ya çap mətbuatını ardıcıl izləsək biz qanunların işləməməsiylə bağlı çoxlu fikirlərə rast gələ bilərik.Xüsusi olaraq qeyd edim ki, qanun pozuntularıyla bağlı səslənən fikirlərin təbii olaraq arxasında korrupsiya maraqları dayanır.Məlumdur ki, Azərbaycanda müxtəlif səpkili korrupsiya əleyhinə strukturlar və şəbəkələr yaradılsa da effektiv nəticədən danışmaq mümkün deyil. Çünki, korrupsiya bəzi  məmurların həyat tərzinə çevrilib.

- Qanunların işləməsinə əngəl olan korrupsiyadırmı? 
- Qanunların  pozulması, işləməməsi korrupsiyanın yaratdığı problemdir. Çünki, korrupsiya nəticəsində hüququ və səlahiyyəti olmayana hüquq və imtiyaz verilir. Hər hansı vakansiyaya daha az peşəkar olan, və ya həmin sahənin mütəxəssisi olmayan şəxslər qəbul edilir. Bu isə həmin sahənin inkişafını ləngidir.Hər hansı islahatçı təşəbbüslər irəli sürülmür. Bu proses dərinləşdikcə və həmin korrupsioner məmurlar şəbəkələşdikdən sonra onlar ölkənin ümumi inkişafına təsir göstərə bilir və maksimum dərəcədə aparılan islahatlara mane olurlar. Digər tərəfdən də həmin şəxslər artıq korrupsiyaya vərdiş etdiyindən hər şeyin rüşvət üzərində qurulmasına çalışırlar.Bu səbəbdən də onlarla mübarizə aparmaq çətin olur.Axı, onlar artıq həm də oliqarxlara çevrildiklərindən onlarla qanunların dililə danışmaq da çətin olur.Digər bir problem müstəqil məhkəmələrin olmamasıdır.Bəzən korrupsiya ədalətli qərarların verilməsinə də mane olur.Çünki, narazı vətəndaşın öz hüquqlarını qoruyacağı yer məhkəmədir.Daha bir halı qeyd etmək istərdim.Korrupsiyanın çox olması da qanunların işləmədiyinin göstəricisidir.Ölkəmizdə sosial müdafiə sektorunda, yol polisində, gömrükdə, vergi sektorunda rüşvətin açıq və göz önündə yığılması dediklərimizə əyani sübutdur.

“Cümhuriyət”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений