Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Məxfi şöbənin əməkdaşı” arvadına və QHT sədrinə təhdidlər yağdırır: “Killer tutmuşam, pulunu da vermişəm” - AUDİO



Bir müddət əvvəl qeyri-rəsmi nikahda yaşadığı əri Ceyhun Mehrəliyev tərəfindən bıçaqlanan Aida Tomarxanovanın həyatı yenə təhlükədədir.

Cebhe.info xəbər verir ki, hazırda haqqında Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılan C.Mehrəliyev hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya zəng edərək Aida Tomarxanovanı killerlər vasitəsilə öldürəcəyini, artıq qətllə bağlı sifariş verdiyini deyib. Hüquq müdafiəçisinə hədə-qorxu dolu sözlər deyən C.Mehrəliyev bununla kifayətlənməyərək, hüquq- mühafizə orqanlarının adından sui-istifadə edib. 

Belə ki o, özünü “Məxfi Şöbənin əməkdaşı, polkovnik Rasim müəllim” kimi təqdim edərək, A.Tomarxanovanın C.Mehrəliyevdən notarial qaydada 13 min manat aldığını deyib. 

Dəfələrlə dələduzluqda ittiham olunan, qeyri- rəsmi nikahda yaşadığı A.Tomarxanovaya bu ilin fevralında 4 yaşlı qızının gözü qarşısında 3 bıçaq xəsarəti yetirməsinə baxmayaraq, bu günə kimi azadlıqda gəzən Ceyhun Mehrəliyev təhdid dolu səs yazısı yayılıb. 

Həmin səs yazılarında o, “Həbsxanada olanda bilirdim ki, qapım bağlıdır. İndi isə azadlıqdayam. Cinayətkarı kim yetişdirir? Məhz elə insanlar yetişdirir. Mən artıq cinayət törətməyə məcburam. Mən o uşağı əldə eləmək (qızınə nəzərdə tutur-red) üçün artıq məcburam ki, cinayət törədim. Ancaq fikirləşirəm ki, mən bu cinayəti eləsəm, həbs olunacağam, bunu da göz önünə alıram. Yəni, artıq o həddə çatmışam. Mən artıq məcburam ki, o həyətə girim, uşağımı oradan məcburi olaraq götürüm. Mən öz uşağımı niyə məhkəmə qərarından sonra görməliyəm? Qızım Dənizin canına and olsun ki, mən dəyişmişəm. O düşünür ki, mən onu vurmaq istəyirəm. Mən onu vurmaq istəsəm, bunu 2 dəqiqə içərisində vuraram. Ruhu da inciməz. O, özü bunu yaxşı bilir, xasiyyətimə bələddir. Əlimin altında da 100 nəfər var. Mən tutulsam da, o, bayırda rahat gəzə bilməyəcək. Mən danışmışam da, pulunu da vermişəm. Killerlər var, adamöldürənlər var Azərbaycanda. Nakomanlar var, 1 manata görə adam öldürürlər. Mən artıq pulunu da, koordinantını da vermişəm”. 

Xatırladaq ki, C.Mehrəliyev hazırda azadlıqda olan keçmiş ər bir neçə ay öncə də A.Tomarxanovanı və M.Zeynalovanı açıq-aşkar təhdid etmişdi. 

C.Mehrəliyevin səs yazılarını təqdim edirik.

Aysel

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений