Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Ölkənin gündəmi seçkiyə hazırlıq olmalıdır”



Azər Əliyev: “Milli məsələlər kənarda qalıb, kimlərsə şəxsi maraqlarının təmin olunmasına çalışır”

“Ölkənin siyasi arenasında susqunluq hökm sürür.Bunun müxtəlif səbəbləri var. Təbii ki, bu mənzərə hökuməti qane edir və bu vəziyyətin dəyişməsində maraqlı tərəf deyil.Ancaq belə görünür ki, ənənəvi müxalifət də bu vəziyyətin dəyişməsinə cəhd etmir”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında "Azad Düşüncə" Mərkəzinin rəhbəri Azər Əliyev deyib. A.Əliyev bildirib ki, siyasi susqunluq fonunda hansısa prosesdən danışmaq çətindir:

“Ancaq proseslərin inkişafı heç də vəziyyətə adekvat deyil. Görünən odur ki, milli məsələlər kənarda qalıb, kimlərsə şəxsi maraqlarının təmin olunmasına çalışır.Qarşıdan ölkənin siyasi həyatında ən önəmli rol oynayan prezident seçkiləri gəlir.Təbii ki, bu seçkilərdə iştirak etmək istəyən hər bir qüvvə-siyasi partiya, təşkilat qalib gəlməyə çalışır.Bu baxımdan bu gün ölkənin gündəmi məhz seçkilər olmalı idi. Amma təəssüf ki, biz çox az hallarda seçki ilə bağlı məsələlərin müzakirəsinə rast gəlirik. İstər-istəməz bu da fərqli fikir formalaşdırır”. Azər Əliyev hesab edir ki, ölkənin düşdüyü total böhran da proseslərin inkişafına mənfi təsir göstərir: “Milli valyutanın kəskin ucuzlaşması əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Bu gün əhalinin yarıdan çoxu kredit problemi ilə üz-üzədir.Bu baxımdan da siyasi proseslər onlar üçün elə də maraqlı görünmür.Bu gün hər kəs öz problemini sosial şəbəkələrdə işıqlandırmağa çalışır.Sosial şəbəkələr bu mənada çox önəmli faktordur.Ancaq artıq problemlərin özü də adiləşib.Çünki əhalinin böyük əksəriyyəti eyni problemlərlə üz-üzədir”.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений