Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Özcan Dəniz Azərbaycan xalqından üzr istədi"



Showxəbər.az xəbər verir ki, “Türkiyəli müğənni Özcan Dəniz instagram hesabından erməni mahnısı oxuduğuna görə Azərbaycan xalqından üzr istəyib:

“Mən musiqiçiyəm, heç bir ölkənin mahnısına düşmən ola bilmərəm.Radioda qarşımıza çıxan mahnını bütün heyətimiz hansı dilə aid olduğunu bilmədən ritmi ilə əyləndi və oxuduq.Bu anımızı da sizinlə paylaşdıq.Daha sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim. Sizin bu mövzuda həssaslığınızı bildiyim üçün videonu sildim.Biz yunan mahnıları olan mahnılarımızı da paylaşırıq.Bizim mədəniyyətimizdə musiqiylə düşmənçilik ola bilməz.Mənim ölkəmdə bir çox erməni vətəndaşları varkən sizin kimi düşünə bilmərəm.Hamımız bu ölkədə türk vətəndaşı adı altında yaşayırıq. Sənətə, mədəniyyətə deyil, siyasətdə düşmən münasibətləri ola bilər. Mən isə siyasətçi deyiləm. Sadəcə Azərbaycanlı qardaşlarımı bu haqlı iradlarına görə başa düşürəm və həssasiyyət göstərirəm. Mən sizə pul qazanmaq üçün konsert, yaxud film gətirmirəm. Məqsədim odur ki, qardaşlarımızla birgə sizi türk filmləriylə yaxında tanış edəm, sosial həyatımızı yaxınlaşdıraq. Qazancım isə bu göstərdiyim səylərin qarşılığıdır. Mən dünyanı türk, kürd, erməni, ərəb, ingilis deyə ayırsam sənətçi ola bilmərəm. İnsan deyə baxıram hamıya və insanları da ayıran siyasəti sevmirəm. Bizdə olduğu kimi sizin aranızda da cahil insanlar var. Belə insanların əsaləti altında olmayaq. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Bilin ki, mənim can qardaşlarımsınız. Biz eyni millətin və torpaqların insanlarıyıq.”

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений