Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Prezident deyil, alverçidir” - Dünyanın nüfuzlu mətbuatı görüşdən belə yazdı



Amerika prezidenti Donald Tramp Siqnapurda Şimali Koreya lideri Kim Çen Inla görüşdən olduqca məmnun ayırılıb. O, artıq rəsmi Seulla birgə hərbi təlimləri dayandırdığını açıqlayıb. Tokio isə dərhal buna etiraz edib. Lakin etiraza baxmayaraq, Trampın fikrində dəyişiklik yoxdur.

Cebhe.info xəbər verir ki,  Amerika mətbuatı üçün Trampın performansı yenə də tənqid üçün əsas verib. 

Belə ki, ABŞ-ın nüfuzlu mətbuatının heç biri sammiti “tarixi görüş” adlandırmayıb. 

Jurnalistlər isə bu görüşdən Trampı tənqid etmək üçün fürsət kimi yararlanıblar. 

"The New York Times" yazıb ki, Tramp bu danışıqlarda daha çox alverçiyə bənzəyib. Hətta Trampın partiyadaşları-respublikaçılar da tənqiddən yan keçməyib. Onların bəzilərinin fikrincə, Cənubi Koreya ilə birgə təlimlərdən imtina yaxşı heç nə vəd etmir. 

““Müharibə oyunu”nun təxirə salınması yaxın zamanda müzakirə predmeti olacaq. Bizim qoşunların çıxarılması fikri ilə razı deyiləm. Bunun üçün hər hans variant belə təsəvvür edə bilmirəm",- deyə Respublikaçılar Partiyasından olan senator Lindi Qrem deyib. 

“The Washington Pos"un yazdığına görə isə amerikalı lider G7 ilə əməkdaşlıqda problem yaradaraq dərhal Kim Çenlə münasibətləri yaxşılaşdırıb. 

Britaniyanın “The Guardian” nəşri də bu fikri bölüşür.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений