Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

 “Prezident təqaüdü alırsan, get evində nəvələrinlə oyna”-Yazar AYB-nin buraxılmasını istəyir



“26” kafesi ətrafında müzakirələr səngimir. Azərbaycan Yazıçılar Birliyi bununla bağlı sərt bəyanat da verdi. 

Bəyanatda iddia olunur ki,  Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahənin kirayə verilib,  gələn gəlirlər Birliyin az maaşlı işçilərinə ödəniş kimi verilib,  xəstə və ehtiyacı olan yazıçılara yardım göstərilib,  ara-sıra kiçik kitabların nəşrinə xərclənib. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən yazar Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyinin köməksiz, xəstə və ehtiyacı olan yazıçılara az şəkildə yardım etdiklərindən xəbərdar olduğunu deyib:

“Son illər bunu etdiklərini dəqiq deyə bilmirəm. Ümumiyyətlə, bu məsələ ilə bağlı onu deyə bilərəm ki, Yazıçılar Birliyi nə qeyri-hökumət təşkilatı kimi təşkilatdır, nə də dövlət stukturu kimi dövlət srtukturudur. Bu hüquqi baxımdan düz deyil ki, qeyri-hökumət təşkilatı büdcədən maliyyələşsin. Yaxud QHT-dirsə bu bizneslə niyə məşğuldur? Dövlət strukturudursa, adını niyə müstəqil qoyub, ictimai əsaslarla, nizamnamə ilə fəaliyyət göstərir? Bu hüquqi cəhətdən də yalnış bir şeydir. Təklifim budur ki, Azərbaycanda bu cür köhnə təfəkkürün məhsulu olan strukturlar ləğv olunmalıdır, hər hansı sərəncamla deyil, sadəcə özü-özünü buraxmalıdır. Həmin insanlar dövrün tələblərinə uyğun müstəqil pen-klublarda birləşməlidirlər. Dövlət isə pen-klubların ayrı-ayrı layihələrini maliyyələşdirməlidir. Yəni konkret işi maliyyələşdirməlidir. Tutaq ki, kimsə xalq şairidir, xalq yazıcısıdır, nüfuzu var, filankəsin oğlu və ya atasıdır, ona görə deyil, konkret işə görə maliyyə ayrılmalıdır. Necə ki, nazirliklə prodüsserlər mərkəzləri çalışır. Layihə verirsən, ən yaxşı roman yazırsan və dövlət sənin yaradıcılıq ezamiyyətinə maliyyə ayırır. Daha yaxşı pyes yazırsan, dövlət sənin əsərini səhnəyə qoyur. Bu da Yazıçılar İttifaqı kimi strukturlarda ədəbiyyatı qoyub, dələduzluqla məşğul olan, pul qazanan, ədəbiyat adıyla “moşenniklik” edən insanların fəaliyyətinin qarşısını almış olar. Sənət də inkişaf edər və hamı da dövlətimizdən razı qalar ki, bu sahədə reketliyə qarşıdır”. 

Yazarın sözlərinə görə əslində dövlət ədəbiyatın dəstəyi üçün kifayət qədər pul ayırır:

“Ancaq onlar necə xərclənir, ümumiyyətlə bu pullar hara gedir? Onlar nə iş görürlər? Girin, Yazıçılar Birliyinin saytına, o cür ədəbiyyat saytı olar? Nə olsun xalq şairisən? Xalq şairisən prezident təqaüdü alırsan, get evində nəvələrinlə oyna... Gəlib oturur beynəlxalq şöbədə və heç bilmir ki, email, sayt nədir...Saat 12-də güclə oyanır, çəliklə əsə-əsə gəlir Yazıçılar Birliyinə, qeybət eliyib gedirlər. Dövlət sənə təqaüd verir, yaşlı adamsan, get Bilgəhdə dincəl...Cavan adamlar isə gəlib oturub konkret iş görsünlər”. 

AlçinaAmilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений