Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Qanuni oğru” və polis arasında dialoq: “Anlayıram, rəis” – VİDEO



Rusiyanın Arxangelsk vilayətində cəzasını çəkdikdən sonra azadlığa buraxılan "qanuni oğru" Georgi Beriaşvili yenidən saxlanılıb.

Cebhe.info xəbər verir ki, koloniyadan azad edilən Giya Beremena ləqəbli "oğru"nu qapı ağzında polis əməkdaşları gözləyib. Ona Rusiyadan deportasiya edildiyi bildirilib və dərhal miqrantlar üçün mərkəzə aparılıb. 

Qeyd edək ki, 2016-cı ilin yazında Yaroslavlda həbs edilən "qanuni oğru" Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edilib. 2015-ci ildə Rusiyadan Gürcüstana deportasiya edilən bu şəxs daha sonra dəfələrlə qanunsuz olaraq  Türkiyədən Rusiyaya gedib. Vnukovo hava limanında saxlanan "oğru" məsuliyyətə cəlb edilib. İndi isə həbs müddəti başa çatdıqdan sonra onu yenidən deportasiya gözləyir. 

Polis əməkdaşı ilə "oğru"nun dialoqu kameralara belə yansıyıb:

-Siz Rusiya sərhədini qanunsuz olaraq keçmisiniz.
"Oğru" isə polisə gülərək belə cavab verib:
-Anlayıram, rəis. Məsuliyyət daşıyacağam.
 Polisdən verilən məlumata görə, sərhədi qanunsuz keçməkdə ittiham edilərək həbs cəzasını çəkən "oğru"nu indi təkcə deportasiya yox, həm də təkrar həbs gözləyə bilər. Çünki istintaq orqanları onun 1999-cu ildə törədilən basqında iştirakını aradırır. Əgər fakt təsdiqini taparsa, "oğru" 10 il azadlıqdan məhrum ediləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений