Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Quba fermerləri naharatdır, hökumət onları dinləməlidir”-AXCP sədri Razi Nurullayev



“Qubada kənd əhalisi ilə görüşüb problemləri ilə maraqlandım. Əslində, bu problemlər neçə onillikdir ki, mövcuddur və həlli tapılmır ki, tapılmır. Çünki, dövlət qayğısı və siyasəti olmadan kənd təsərrüfatının inkişafı da mümkün deyil. Hazırda, bu siyasət aparılır, lakin daha çox inzibati yolla inkişafa üstünlük verilir. Kəndliyə kömək etmək lazımdır ki, onun əkib-becərmək üçün stimulu olsun”.

Bu sözləri özünün facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb.

AXCP sədri hesab edir ki, əgər dövlət öz imkanları ilə, pulu ilə təsərrüfat yaradacaqsa, o zaman kəndlilərin nəinki pay torpaqlarını, hətta öz şəxsi həyətyanı torpaq sahəsini becərmək marağı olmayacaq: “Çünki məhsulunu sata bilməyəcək, hökumət xətti ilə yaradılan təsərrüfatlar onları sıradan çıxaracaq. Hazırda bu proses gedir. İnanmaq istəyirəm ki, yeni nazir İnam Kərimov həm də bu sahədə dövlət siyasətini dəyişmək üçün səylər göstərəcək və buna nail olacaq. Başqa çıxış yolu da yoxdur”.

“Kəndli narahatdır”

Qubada kəndlilərlə görüşdüyünü qeyd edən R.Nurullayev bildirib ki, zəhmət adamları narahatdır: “Qubda bir çox insanlarla görüşüb söhbət etdim, ikisinin üzərində dayanmaq istəyirəm. İlkinci Nügədi kəndinin sakini Məzahir kişi çox narahatdır. Həyətində kifayət qədər gilası var, amma satıb-sata bilməyəcəyindən narahatdır. Çünki, onun yalnız ağacdan dərilməsinin maya dəyəri ən azı 60 qəpiyə əmələ gəlir. Neçəyə satmalıdır ki, qazanc götürə bilsin? Həmin kəndin sakini İsrail kişi də eyni narahatlığı keçirir. Digər tərəfdən, meyvə sortlarının dəyişdirilməsinə ehtiyac var. Kəndli narahatdır ki, yeni sortlar onların ənənəvi sortlarını sıradan çıxarmağa başlayıb. Amma, onların pulu yoxdur ki, yeni sortlar alıb əksinlər. Bəs kredit varmı? Yox. 5-6 faizlik kənd təsərrüfatı kreditləri verilməsə, kəndli dirilməz, kənd yaşaya bilməyəcək. Hər bir kəndli, fermer mütəxəssisidir. Hökumət onları dinləyib həll yolunu tapmalıdır”. 

“İstehsal müəssisələri bərpa olunmalıdır”

AXCP sədrinin fikrincə, yeni nazirin aqrar sektorun inkişafı ilə bağlı  təqdirolunası addımları var, ümid var ki,  nəticə olacaq: “Sovet vaxtı, əslində hər bir region üçün əsaslı araşdırmalar aparılıb və onlara uyğun da istehsalat müəssisələri yaradılıb. Onları bərpa etmək lazımdır, sadəcə. Nəyi gözləyirik, hər bir regionun məhsuluna uyğun müəssisələr bərpa olunsun ki, kəndli istehsal etdiyi məhsulu satmaqla bağlı narahatlıq keçirməsin. Yuxarıda adını çəkdiyim Məzahir və İsrail kişi deyir ki, bu zonada böyük giləmeyvə plantasiyaları da salmaq olar. Həm qırmızı, həm də qara qarağatı tonlarla yetişdirmək olar. Xalq arasında “krıjovnik”  kimi tanınan rus alçası da ölkəyə valyuta gətirən məhsullardır. Bu bitkilərin yüksək məhsuldarlığı olan sortları ölkəyə gətirilərsə, ölkəyə ciddi valyuta gətirmək olar. Kəndliləri dinləyək və dərdlərinə əlac edək. Bizim hazırladığımız kənd təsərrüfatının inkişafı proqramımızda hər şey qeyd olunub”.

Aydın
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений