Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Razi Nurullayev səfər etdiyi bütün rayonlarda sevgi və inamla qarşılanır” - Tural Əhmədov



“2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində qeydə alınmış namizəd Razi Nurullayevin təbliğat təşviqat kompaniyası çərçivəsində seçicilərlə görüşlər paytaxt və bölgələrdə davam edir. Keçirilən görüşlərdə vətəndaşların problemləri ilə maraqlanan namizəd çıxış yollarını və irəli sürdüyü təklifləri, platformasını seçicilərin nəzərinə çatdırır”.

Bunu Cebhe.info-ya prezidentliyə namizəd Razi Nurullayevin vəkili Tural Əhmədov deyib.

O qeyd edib ki, sosial-iqtisadi problemlərin, Qarabağ məsələsinin həlli və digər yönlərdə real təkliflər irəli sürən Razi Nurullayev səfər etdiyi bütün rayonlarda sevgi və inamla qarşılanır:

“Ailə biznesinin qurulması üçün ailə başına 10.000 manat verilməsi, biznes fəaliyyətlərini inkişaf etdirmək üçün sərmayəçiləri cəlb etmək üçün torpaqların simvolik olaraq 1 ABŞ dollarına onlara satılması, Qarabağın işğaldan azad edilməsi üçün dost Türkiyə və Pakistan dövlətləri ilə əlaqələrin daha da yaxınlaşdırılması nəticəsində, hətta nüvə silahının Ermənistana basqı naminə ölkəmizə gətirilməsi, normal qiymətlərə sosial mənzillərin tikilməsi, gənc alimlərə qayğını nəzərdə tutan proqramın icrası, bank kreditlərinin yaratdığı problemlərin həlli, dini radikalizmdən yaxa qurtarmaq üçün milli islam modelinin formalaşdırılması ilə bağlı öz konsepsiya, təklif və platformasını açıqlayan Razi Nurullayev seçicilər tərəfindən alqışlanıb. Ölkə siyasətində Yeni Başlanğıcın əsasını qoyduğunu elan edən namizəd bütün hallarda xalqın iradəsinin və problemlərin həllinin ümdə prinsip olduğunu qeyd edərək, artıq tənqid, radikallıq, sərtlik, barışmazlıq "siyasəti" nin başa çatdığını, dialoq, qarşılıqlı anlaşma, xalqın problemlərinin həlli naminə irəli sürdüyü təkliflərin həyata keçməsi üçün eyni masa arxasında əyləşməyin vacib olduğunu vurğulayıb.

Dini radikallığın aradan qaldırılması, tolerantlıq və multikultural dəyərlərin inkişafı işığında Razi Nurullayev Qubada yəhudi dini icmasını, sinaqoqu ziyarət edib. Habelə, Pravoslav kilsəsi və Qafqazın ən qədim məscidi, son zamanlarda dövlət başçısı tərəfindən təmir-bərpa edilmiş Şamaxı Cümə məscidi də ziyarət edilib, xalqımızın, dövlətimizin xoşbəxtliyi üçün dualar edilib. Seçkiyə sayılı günlər qalır, lakin Razi Nurullayev nümayəndələri, vəkilləri, köməkçiləri ilə vətəndaşların həm kütləvi, həmd də fərdi şəkildə problemlərini dinləməkdə, təkliflərinə nəzər salmaqda davam edir. Razi Nurullayevə inamlı olan vətəndaşların inamını doğrultmaq üçün namizəd öz layihələrini həyata keçirmək üçün bütün hallarda əlindən gələni əsirgəməyəciyini vurğulayıb”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений