Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Rus ordusu 2 günə paytaxta girir, ancaq orda da ölər” - POLKOVNİK



Estoniya ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, polkovnik Rixo Yuxteqi rus ordusunun ölkəyə hücumunun qarşısını almaq üçün öz planlarını açıqlayıb. 

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, o, rus təhlükəsini müzakirə üçün köhnəlməyən mövzu adlandırıb.

Xüsusilə 2 gün ərzində rusların Tallinə çatmaq müzakirəsi səngimir: "Ola bilər. Ancaq bütün Estoniyanı onlar cəmi 2 günə götürə bilməzlər. Onlar Tallinə çata bilərlər, amma biz onların kommunikasiya xətlərini, təminatını kəsərik. Onlar 2 günə Tallinə gələrlər, ancaq elə orda da ölərlər. Və onlar bunu bilirlər".

Polkovnik rus ordusunun qarşısını almağın təkcə ordunun yox, bütün ölkə əhalisinin işi olduğunu bildirib: “İnsanlara bunu çatdırmaq istəyirik. Biz hər şeyə hazır olmalı və bu baş verərsə, nə etməli olduqlarını insanlara öyrətməliyik”. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений