Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Sabitliyə, əmin-amanlığa qarşı uzanmış caynaqlardı...” - Millət vəkili



“Gəncə hadisələri Azərbaycanın müstəqiliyinə, dövlətçiliyinə qarşı yönəlib”.

Milli Məclisin deputatı Fəzail İbrahimli AzNews.az-a açıqlamasında Gəncə hadisələrini şərh edib.

Millət vəkili qeyd edib ki, Gəncə daim azadlıq uğrunda mübarizə aparan tarixə malikdir. Belə bir məkanda insan ölümü ilə nəticələnən hadisələr hər bir Azərbaycan sakinini, o cümlədən də gəncəliləri məyus etdi: "Bəs Gəncədə nə baş verdi? Bilirsiniz, Azərbaycan dünyanın ən müstəqil ölkələrindən biridir, sərhədlərini özü qoruyur. Ərazisində heç bir dövlətin hərbi bazası yoxdur. müsəlman dünyası qan-qada içərisindədir, bizdə isə əmin-amanlıq hökm sürür. Dünyaya nümunə olan bir sabitlik var Azərbaycanda. Bu sabitliyə, əmin-amanlığa qarşı uzanmış caynaqlardı həmin hadisələri törədənlər”.

Fəzail İbrahimli deyib ki, müstəqilliyimizə xain gözlə baxanların arzusu ürəyində qalacaq: "Bu hadisədə xalq, millət qurban verib. Burada siyası çaxnaşma salmaq, hərc-mərclik yaratmaq və öz istəyinə uyğun olan bir məmləkət yaratmaq fikrinə düşənlərin qarşısını elə Gəncə çamaatı, ziyalıları və ağsaqqalları alacaq”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений