Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Samsung” bütün cihazlarına süni intellekt əlavə edəcək



Cənubi Koreya şirkəti 2020-ci ilədək hər bir cihazına “Bixby” səsli köməkçisini inteqrasiya etməyi planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 2020-ci ilədək “Samsung” şirkətinin bütün cihazları "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu haqda Beynəlxalq Elektronika Sərgisində şirkətin prezidenti Li Kun-Hi deyib.

Şirkət “Bixby” adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. Kimin sözlərinə görə, 2020-ci ildə “Samsung” şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz ediləcək və səsin köməyi ilə qurğuları idarə etmək mümkün olacaq.

“Samsung Electronics” artıq “Bixby” səsli köməkçisini “Samsung TV”-yə inteqrasiya edib. Smartfon və konkret səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений