Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Şapekoense”nin növbəti qəza təhlükəsi



“Şapekoense” klubu növbəti dəfə böyük fəlakətlə üzləşib.

Apasport.az saytının məlumatına görə, Braziliya komandası yenə təyyarə həyəcanı yaşayıb.

Belə ki, Libertadores Kuboku çərçivəsində “Lanus”la səfərdə üz-üzə gələn “Şapekoense” (2:1) Argentinadan qayıdarkən problem yaranıb. Nəticədə təyyarə Portu-Aleqri şəhərindəki hava limanına məcburi eniş etməli olub. Səbəb kimi Şapeko aeroportunun “hava gəmisi”ni qəbul etməyə hazır olmaması göstərilib. Hadisədən qorxan futbolçu və məşqçi heyəti evə onlar üçün ayırılmış avtobusla yollanıblar.

Qeyd edək ki, ötən il noyabrın 29-da “Şapekoense”ni Kolumbiyaya aparan təyyarə Medellin Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb və 76 nəfər həlak olub.

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений