Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Siyasi boykot məsələsi futbol çempionatının imicinə xələl gətirə bilər” - Politoloq 



Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına Avropa ölkələrinin liderləri qatılmaya bilər. Avropa Parlamentinin deputatlarının bununla bağlı müvafiq qətnamə qəbul edəcəyi və çempionatı baykot edəcəyi gözlənilir. Sənədin iyun ayının 14-də qəbul ediləcəyu gözlənilir. Xatırladaq ki, futbol üzrə dünya çemponatı da iyunun 14-də başlanacaq.

Yarışın diplomatik boykotu təklifi Böyük Britaniyadan gəlib. London bu təkliflə keçmiş rusiyalı casus Sergey Skripal və qızının zəhərlənməsindən sonra çıxış edib. Daha sonra təklifə İslandiya, Polşa və Avstriya da qoşulub.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında baykot qərarını doğru addım hesab etdiyini deyib: 

“Əvvəl ümumiyyətlə çempionatın Rusiyada keçirilməsini boykot etmək istəyirdilər. Yəni, FIFA Rusiyada çempionatın keçirilməsini ləğv etsin və ölkələr komandalarını bura göndərməkdən imtina etsinlər. Amma sonradan qərar dəyişildi və siyasi baykot qərarı seçildi. Siyasi boykota Almaniyanın kansleri Angela Merkel də qoşulmaq niyyətindədir. Amma gedə biləcəyini də müəmmalı formada deyib”. 

Politoloq hesab edir ki, siyasi boykot məsələsi futbol çempionatının imicinə xələl gətirə bilər: 

“Hətta, bir neçə ölkənin komandası çempionata qatılmaqdan imtina edib. Bu da çempionatın imicinə xələl gətirən amillərdəndir. Baykot qərarını doğru hesab edirəm. Çünki, Rusiya bir neçə dövlətin ərazisinə iddia edir, dünya düzəninə zidd fəaliyyət göstərir, soyuq müharibənin yenidən başlanmasının əsas səbəbkarıdır və bu siyahını kifayət qədər artırmaq olar”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений