Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Siyasi partiya”ların ictimai təşkilata bənzər qərarları: Boykot da bu sırada



“Əbədi liderlər” kreslonu qorumağın bu yolunu tutub

Ənənəvi müxalifət aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək. Ölkənin siyasi cameəsinin “əbədi müxalifləri” - “Yurd” və Müsavat Partiyası ilə yanaşı, digər təşkilatlar artıq boykot qərarı verərək geri çəkildiklərini rəsmi qaydada elan ediblər. Budəfəki seçkilər də həmin təşkilatların “mütləq sədrləri”nin iştirakı olmadan baş tutacaq. Ənənəvi müxalifətdən fərqli olaraq, yeni siyasi qüvvələr seçkilərə qatılmaqda israrlıdır və bu düşərgəni təmsil edən siyasi partiyalarının namizədləri də məlumdur.

“Yurd”, Müsavat və digərləri ölkə müxalifətinin aktiv formada seçki hazırlığı fonunda geri çəkilməklə, bir daha ictimai təşkilatlar olduqlarını nümayiş etdirdilər. Şübhəsiz ki, bu şəxslərin verdikləri qərar ancaq ictimai təşkilata yaraşan hərəkətdir. Siyasi təşkilat seçkiyə getməli, narazı olduğu hakimiyyətin qarşısına öz gücünü qoymalıdır. Əgər özünü “siyasi partiya” adlandıran bir təşkilat bütün seçkilərdən - ölkənin taleyini müəyyənləşdirən bir prosesdən geri çəkilirsə, bu, o deməkdir ki, bu qurumların sədrləri ya çox küsəyəndirlər, ya bununla öz zəifliklərini gizlətməyə çalışırlar, ya da onlardan gözləntiləri olanları məsxərəyə qoyurlar.

1 milyonla boykota gedir, amma....

Şübhəsiz ki, kiçik bir futbol stadionunda balaca kontingentlə aksiya keçirməklə kimsə cəmiyyəti özünün siyasətçi olduğuna inandıra bilməz. Bununla həmin 3-5 nəfəri aldadıb gözündən pərdə asmaq olar, amma milyonlarla insanı bu yalana inandırmaq mümkün deyil. Əlbəttə, həmin milyonlarla insanlar seçkiləri saxtalaşdırmaqda ittiham etdiyi hakimiyyətin oturduğu masaya yumruğunu ən qüvvətli zərblə çırpıb öz iddiasında qətiyyətli olanlara inanarlar. Lakin ənənəvi düşərgənin “əbədi sədrləri” insanları inandırmaq yerinə, insanları özlərindən qaçıracaq addımlar atırlar, hər dəfə cəsarətsiz olduqlarını nümayiş etdirirlər. Əlbəttə, bu məqamda o sual da düşündürücüdür ki, öz bacarıqsızlıqları ilə insanları özlərindən uzaqlaşdıran bu ictimai əsaslı təşkilatların sədrlərinin arxasınca kim gedəcək? Stadiona gələn həmin 3-5 nəfər, yoxsa sosial şəbəkələrdəki “trolları”, ya saxta profilləri?

Azərbaycanla yanaşı, yaxın günlərdə Rusiyada da prezident seçkiləri keçiriləcək. Rusiyanın müxalifət lideri Aleksey Navalnı da bizimkilər kimi boykota gedir. O, hakimiyyətin onu seçkilərə buraxmadığını iddia edərək, 1 milyona yaxın tərəfdarını seçkilərə qatılmamağa çağırıb. Amma bu 1 milyon insanın heç 10 mini hələlik Navalnının çağırışına “hə” deməyib. Heç Rusiyada onun hakimiyyət əleyhinə keçirəcəyi mitinqlərə qatılmaq istəyənlərin sayı da çox deyil. Bəs, bizim hər mitinqi az sayda iştirakçı ilə yola verən, özünü əbədi lider sayan, əslində isə rəhbərlik etdikləri qurumların kiçik bir ictimai təşkilat qədər nüfuzu olmadığını yaxşı bilən sədrləri nə edəcəklər? Tutaq ki, həmin o mitinqlərə gəlib şəkil çəkdirənlər seçkilərə qatılmadı. Nə baş verəcək? Seçkilər boykot olunacaq?

Utanc qızartısı

Şübhəsiz ki, ənənəvi müxalifət təmsilçilərinin boykot qərarının arxasında qorxu var. Növbəti dəfə biabır olmaq, öz bacarıqsızlıqlarının yenə də üzə çıxacağı qorxusu var. Vaxta da az qalır. İndən sonra həmin təşkilatların sədrləri öz ətraflarına yüz minlərlə adam yığa bilməyəcəklər. Heç seçkilər oktyabr ayında keçirilsəydi belə, onlarda bunun öhdəsindən gələcək təpər və güc yoxdur. Onlar özlərinə inanmırlar, başqalarını necə inandıracaqlar? Bu, onların asanlıqla həll edə biləcəkləri tənlik deyil. Onlar öz aralarında da anlaşa bilmirlər. 

Əlbəttə, indən sonra onlar üçün gecdir. 30 ilə yaxındır verdiyi vədlərin heç birini yerinə yetirməyənlərə, cəmiyyətə inanmaq yerinə Qərbdə, İranda, Rusiyada kömək axtaranlara, seçkiləri saxtalaşdırmaqda ittiham etdikləri həmin hakimiyyətin özü ilə də gizli əl sıxanlara bu cəmiyyətin inanmaması təəccüblü deyil. İndi də bu ayıblarını boykota getməklə örtmək istəyirlər. Halbuki indiyədək gözləntiləri doğruldaraq, öz simalarındakı utanc qızartısını yox edə bilərdilər. İmkanları da var idi. İndi isə bu da yoxdur. Heç onları yada salan da yoxdur.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений