Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Söz tanrıları”: Biri 48 saat fasiləsiz danışdı, o biri içki qurbanı oldu, digəri 40 sevgili saxladı 



Qeyri-adi zəka və vərdişlərə sahib insanlar idilər. Sonrakı dönəmlərdə bütün insanlara təsir edəcək dünyagörüşün sahibləri də həmin insanlardır. Onlar məşğul olduqları sahələrin “tanrı”larıdır. Yaratdıqları hər cümlədə bir müqəddəslik var. Lakin qeyri-adi xüsusiyyətləri də var ki, məhz bunlar o insanlar üçün bir çox məqamlarda ilham mənbəyi olub.

Cebhe.info məşhur yazarların sahib olduqları qeyri-adi xüsusiyyətləri haqda heyakələrini təqdim edir.

Çürük alma

Veyland, Herder və Höte ilə birlikdə Veymar dönəminin ən istedadlı 4 şairindən biri olan Fridrix Şiller şeir yazarkən mütləq masasının üzərində çürük alma olmalı idi. Bunun səbəbini soruşanlara ara-sıra bu almanı qoxladığını və bu qoxunun onu xəyalən başqa yerlərə apardığını, özünü təbiətin mərkəzində hiss etdiyini deyirdi. Təbiət təsvirli şeirlərin şairi olan Şillerin bütün əsərlərini üzərində milçəklər uçan çürük bir almanı qoxlayaraq yazması, həqiqətən qeyri-adidir. Lakin onun özəlliyi bununla bitmirdi. Şeir yaza bilmədiyi zamanlarda hamamda suyun içinə girib ilhamının gəlməsini gözləyirdi. 

Qocalmaq qorxusu

Fiziki olaraq bəyənilməmək qorxusu bir sıra yazarlara aid bir xüsusiyyətdir. “Səfillər” və Notr Dam Kilsəsi” kimi şedevrlərin yazıçısı Viktor Hüqonun da belə bir qorxusu vardı. O, qocalmaqdan qorxurdu. Qocalmağın qarşısını almaq və prosesi zəiflətmək, bədənini gənc saxlamaq üçün hər səhər buzlu suyla yuyunurdu, səsi gözəl çıxsın deyə çiy yumurta içirdi. Pis görünməkdən qorxan yazıçı həmişə dəbdəbəli və səliqəli geyinirdi, hər gün saçını düzəltdirirdi, dəqiqələrlə güzgünün qarşısında özünə baxırdı. Hüqo 83 yaşına qədər yaşadı.

İçkinin sonuna çıxdığı daha bir dahi

Həyatı roman idi, yoxsa romanlarını həyatına daşıyırdı? Bu naməlum idi, amma “Möhtəşəm Qetsbi”nin yazarı Fransis Skott Key Fitzcerald qəhrəmanı Qetsbi kimi yaşayırdı. 1920-ci ildə yayımladığı “Cənnətin bu tərəfi” kitabı ona həm şöhrət, həm də çoxlu pul qazandırdı. Artıq Hollivudun axtardığı simalar arasında idi. Caz dinləməyi, rəqs etməyi, içməyi və qadınları sevirdi, qadınlar da onu sevirdilər. Bu, sürətli həyatı ona baha başa gəldi. “İçki olmadan yaza bilmərəm” deyən yazarın sonuna elə içki çıxdı. Sağlamlığını itirdi və yaza bilməyən bir yazıçı kimi gözdən düşdü. 44 yaşında həyatını itirdi.

Yuxusuz adam

Mark Tvenin hər yazarın arzuladığı bir xəstəliyi vardı: insomnia, yəni yuxusuzluq. Tven gecələr yata bilmirdi və məcburən işləyirdi. Sonra isə gözlənilməyən vaxtlarda gah parkda, gah da hamamda yatıb qalırdı. Həyatının sonunadək bundan xilas ola bilmədi.

“Varlığımın yeganə səbəbi məyusluğumdur”

İngilis ədəbiyyatının ən tanınmış simalarından olan Ceyn Ostin “Qürur və ittiham”ın yazarıdır. Ölənədək ailəsi ilə birlikdə yaşayan, heç evlənməyən, lakin bütün qadın qəhrəmanlarını evləndirən Ostin ailəsindən heç kəsin yazdıqlarını oxumasını və onu işləyən vaxt görməsini istəmirdi. Kimsə otağına girərdisə, işi dayandırıb yazdığını gizlədirdi.

Ədəbiyyatın “Don Juan”ı

“Monte Kristo”, “Üç müşketyor”, “Dəmir maskalı adam” kimi məşhur roman və yüz min səhifədən çox əsər yazan adam- Aleksandr Düma çalışqan bir yazar idi. Lakin o, həm də qadın düşkünüydü. Evli olmasına baxmayaraq, 40 sevgilisinin olduğu deyilirdi. Yaşayarkən 4, öldükdən sonra isə 3 nikahdankənar övladı üzə çıxdı. Bu qədər qadının arasında yazmağa necə vaxt tapdığı bilinmir, amma o, yaşadığı dönəmdə qadın düşkünü kimi məşhur idi. 

Oxucunun beynini qarışdıran adam

“Ulisses”i oxuyub başa çatdırmaq, yaxud onu başa düşmək çətin məsələdir. Ceyms Coysun həssas olduğu “Ulissses”dən bəlli idi. Əlbəttə, bir yazarın 800 səhifədə bir gündən bəhs etməsi qeyri-adi bir istedad tələb edir. Ceyms Coys həssas adam idi və o, əsərlərini yatağında üzü üstə, böyük mavi rəngli qələmi və ağ gecə paltarı geyinərək yazmışdı. Yazmaq onun üçün ritual idi. Şübhəsiz ki, içində təkrar olmayan 500 sözdən ibarət bir cümlə yazmağı bacaran adamın qarşısında səcdəyə getmək lazımdır.

48 saat danışan qadın

Virciniya Vulf çox da enerjili yazar sayılmırdı. Hətta qarşılaşdığı problemlərə görə həyatının yarısını yataraq keçirib. Qəbul etdiyi dərmanlara görə çox vaxt halsız olurdu. Lakin özünü yaxşı hiss etiyi vaxtlarda ona dözmək asan deyildi. Vulf çox danışırdı. Hətta bir dəfə 48 saat dayanmadan danışmışdı.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений