Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Statoil” şirkətinin baş icraçı direktoru Azərbaycan Prezidentinə təbrik məktubu göndərib



Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ölkə başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Report” xəbər verir ki, Prezidentə ünvanlanan təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvarıq ki, yeni prezidentliyiniz müddətində Azərbaycana uğurlu rəhbərliyiniz davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq.

“Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir.

Zati-aliləri, prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений