Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Suriya ittifaqı” çat verdi



Yaxın və Orta Şərqdə baş verən son hadisələr Rusiya-Türkiyə-İran üçbucağının Suriyadakı fəaliyyətini zəiflədə bilər. Hətta bəzi siyasi müşahidəçilərin fikrincə, Bəşər Əsəd rejimi ilə rəsmi Ankaranın münasibətlərində gərginliyin yenidən artması Türkiyənin Rusiya ilə iki il 6 ay davam edən taktiki müttəfiqliyinin pozulmasından xəbər verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə və Fransaya səfərləri zamanı Suriyanın gələcəyini Bəşər Əsədlə birlikdə görmədiklərini deyib.Həta prezident Ərdoğan B.Əsədi terrorçu adlandırıb. Bu bəyanata Rusiya Xarici İşləır Nazirliyi etirazını bildirməklə qarşılıq göstərmişdi.Yanvarın 9-da isə gecə saatlarında Rusiyanın və İranın Ankaradakı səfirləri təcili Türkiyənin XİN-ə çağırılıb. Buna səbəb Bəşər Əsədə bağlı hərbi birləşmələrin Suriyanın İdlib şəhərində onlarla insanın ölümünə səbəb olan əməliyyatlar aparması olub.

Türkiyə XİN yaranmış vəziyyətlə bağlı narahatlığını Rusiyanın səfiri Aleksey Yerxovun və İranın Ankaradakı diplomatik təmsilçiliyinin rəhbəri İbrahim Taherian Fardın diqqətinə çatdırıb. Qeyd edək ki, Astanada Suriyada atəşkəsin elan olunmasına dair razılığın əldə edilməsinə baxmayaraq, Suriya ordusu İdlib və Həmada hərbi əməliyyatlar həyata keçirir.Suriya ordusu Əbu-Zuhur Hava Bazasını ələ keçirməklə Dəməşqi Hələblə birləşdirən magistral yola nəzarəti təmin etmək istəyir.Əsəd ordusu İdlibdə 14 kəndi ələ keçirdikdən sonra “Əbu-Zuhur” Hava Bazasına yaxınlaşıb.

Bazar günü İdlibə endirilmiş aviazərbələr nəticəsində 21 mülki şəxs ölüb.Hazırda “Əbu-Zuhur” hava bazasına silahlı müxalifət nəzarət edir.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan və İrandan atəşkəsin pozulması hallarının qarşısını almağı tələb edib. Çavuşoğlu Suriyada son hərbi əməliyyatlara görə Moskvanı və Tehranı ittiham edib. O, bildirib ki, Rusiyanın və İranın razılığı olmadan Bəşər Əsədə tabe olan hərbu qüvvələr hücuma keçə bilməz. 

Dekabrın 31-də isə Rusiyanın Suriyadakı “Hmeym” hərbi hava bazasına hücum edilib.Minaatanlardan atılan atəş nəticəsində 2 rus hərbçisi ölüb, 7 ədəd hərbi təyyarə məhv edilib.Suriya hakimiyyəti bu hücumun türkmən yaraqlıları tərəfindən təşkil edildiyini iddia edir.Rəsmi Dəməşq həmçinin silahlı türkmənlərin Türkiyə sərhədindən keçməklə əraziyə daxil olduğunu bildirib.Ona görə də axırıncı insidentlərin Türkiyə-Rusiya münasibətlərində gərginlik yaradacağı ehtimal olunur.Eyni zamanda, İranda sosial narazılıqlar fonunda xalq etirazlarının baş qaldırması rəsmi Tehranı bir müddət daxili problemlərin həllinə daha çox diqqət ayırmağa vadar edəcək.Bu isə İranın Yaxın Şərqlə bağlı xarici siyasətində fəallığının aşağı düşməsinə gətirib çıxara bilər.Rusiyanın Suriyadakı müharibəni dayandırıb prosesi siyasi-diplomatik platformaya keçirmək istədiyi bir vaxtda Türkiyə ilə münasibətlərin mənfi istiqamət alması və İranda daxili sabitliyin pozulması Kremlin yaxın Şərqlə bağlı planlarının pozulması deməkdir.Moskva, Tehran və Anakaranın Suriya böhranının həllinə dair formalaşdırdığı alyansın Yaxın Şərqdə qazandığı güclü mövqeynin zəifləməsi geosiyasi situasiyanı ABŞ-ın xeyrinə dəyişmiş olar.

Politoloq Elşən Manafovun fikrincə, ABŞ və Qərbin xüsusi xidmət orqanları Rusiya, Türkiyə və İran arasında yaranmış taktiki ittifaqın parçalanmasına nail olmaq üçün münasib vaxtın yetişməsini gözləyəcək. Əslində, sözügedən vaxt süni surətdə formalaşdırılmağa başlayıb:

“İrandakı etiraz aksiyalarının arxasında şübhəsiz ki, Birləşmiş Ştatların, İsrailin və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının rolu olmamış deyil. Həmin etiraz aksiyaları daxili amillərlə də bağlı idi.İranda yoxsulluq, işsizlik, korrupsiya faktlarını inkar etmək olmaz.Amma 15-20 min nəfərin etiraz aksiyalarına qalxdığı bir ölkədə adıçəkilən dövlətlərin rolunun olmaması qeyri-mümkündür.İrandakı nümayişlərlə yanaşı, Rusiya da prezident seçkilərinə hazırlaşır.Bu da Rusiyanın həm daxili durumuna, həm də sərhədlərindən kənardakı siyasətinə, həmçinin Türkiyə ilə münasibətlərə də təsir göstərəcək.Hal-hazırda türkmənlərin “Hmeym” hərbi hava bazasına hücum etməsi Türkiyə ilə sərhədin rəsmi Ankara ilə razılaşdırılması təəssüratını da yarada bilər.Türkiyənin maliyyə və siyasi dəstək verdiyi Suriya Azadlıq Ordusu Astanada münaqişənin həlli ilə bağlı danışıqlara dəvət olunmuşdu.Suriya Azadlıq Ordusu Bəşər Əsəd rejiminə qarşı döyüşən əsas hərbi qruplaşmalardan biri olmasına baxmayaraq, Türkiyənin loyal razılığı şəraitində bir növ kənara çəkilmişdi.İŞİD-ə vurulan zərbələrdən sonra bu ordu Suriyanın mövcud vəziyyətində əsas hərbi strukturlardan biri deyildi.Türkiyə Rusiya ilə razılaşmadan sonra Azad Suriya Ordusunun Suriyanın gələcək siyasi taleyində rolu məsələsinə yenidən baxmağa razılıq vermişdi.

Bu baxımdan hesab edirəm ki, ABŞ və Qərbin xüsusi xidmət orqanları Rusiyanın, Türkiyənin və İranın Suriyadakı maraqlarına zərbə endirmək, bu üç dövlətin müttəfiqlik münasibətlərini pozmaq və situasiyanı öz xeyirlərinə dəyişmək üçün vaxtdan və münasib şəraitdən istifadə etdilər. Ona görə düşünürəm ki, baş verən hadisələrə Qərbin məlum dövlətlər arasında çatın yaradılması nöqteyi-nəzərindən yanaşmaq lazımdır.Bu da yaranmış şəraitlə bağlıdır.İranda baş qaldıran etirazlar ölkənin bölgə ilə bağlı xarici siyasətinə təsir göstərməyə bilməz.Rəsmi Tehran hazırda həmin etirazları yaradan daxili və xarici amillərin aradan qaldırılması üçün səylərini gücləndirib.Rusiya da seçkilər ərəfəsindədir və hakim komanda bütün siyasi resurslarını seçkilərin doğurduğu reallıqlarla bağlı məsələlərin həllinə yönəldib.NATO ilə münasibətləri pisləşən Türkiyənin isə Rusiya və İranla münasibətlərində çatın yaranması Amerikanın maraqlarına cavab verir.

Türkiyənin Rusiyadan “”S-400” raketlərini alması təbii ki, NATO-nu və ABŞ-ı razı sala bilməzdi.Hətta Türkiyənin NATO-dan uzaqlaşacağına dair rəylər də var idi.Amma Birləşmiş Ştatların müttəfiqləri arasında da Yaxın və Orta Şərq siyasəti ilə bağlı vahid mövqe yoxdur.Almaniyanın özündə vəziyyət kifayət qədər gərgindir və Angela Merkelin istefaya gedəcəyi şübhə doğurmur.Parlament seçkilərindən sonra bütün cəhdlərinə baxmayaraq, Xristian Demokratlar Partiyası koalision hökuməti qura bilmir.Angela Merkel sosial-demokratlarla koalisiyaya gedəcəyi təqdirdə kansler vəzifəsində qala bilər.İstənilən halda, Almaniya hazırkı vəziyyətdə ABŞ-ın yanında dayanacaq dövlətlərdən deyil.Fransaya gəldikdə, prezident Emmanuel Makronun mövqeyi göstərdi ki, AŞ-ın Yaxın Şərq siyasətinə dəstək vermək fikrində deyil.

Bütün hallarda düşünürəm ki, Türkiyə və Rusiya hakimiyyətləri Suriyada baş vermiş hadisələri araşdıracaq, qarşılıqlı münasibətlərdə gərginliyin yaranmaması üçün səylərini gücləndirəcəklər.İndiki halda Rusiya, Türkiyə və İran ittifaqının pozulması Suriyanın parçalanması ilə nəticələnə bilər.Suriyanın bölünməsində maraqlı dövlət isə Birləşmiş Ştatlardır.Bu mənada İranın da parçalanması ilə bağlı planlar var idi.Həmin plana görə, İranın şimalında Azərbaycan dövləti, qərbində Bəlucistan, şərqində isə kürdlərə və ərəblərə müstəqillik verilməli idi.İran hələlik bu səylərin qarşısını aldı.Görünən odur ki, ABŞ Yaxın və Orta Şərqlə bağlı yeni dünya düzənini qurmaq niyyətindən əl çəkmək istəmir.Hələlik tərəflər imkanlarını götür-qoy edirlər. Düşünürəm ki, ABŞ yenidən revanş götürmək əzmindədir”. 

Elşən Manafov onu da vurğuladı ki, Rusiya ilə Türkiyənin münasibətlərində yarana biləcək gərginliyin 2015-ci ildəki səviyyədə ola biləcəyi gözlənilmir. Hər iki dövlətin siyasi elitası mövcud narazılıqların səbəbini təhlil edərək gərginliyi aradan qaldıra biləcək.

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений