Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Tamam”mı, “davam”mı? - Hakimiyyət dəyişikliyi qaçılmaz hesab edilir



Türkiyədə prezident və parlament seçkilərinə 12 gün qalır. Hazırkı prezident, AKP lideri Rəcəb Tayyib Ərdoğan seçki prosesinin favoriti hesab olunsa da, bəzi ekspertlər səsvermənin siyasi sürprizlə nəticələnəcəyini proqnozlaşdırır. Bu baxımdan, “Azadlıq” radiosunun Daşkənd bürosunun hazırladığı “Ərdoğan qələbə qazanmaya bilər: Türkiyədə seçkilərə iki həftə qalmış gözlənilməz çevriliş” başlıqlı araşdırma məqalə diqqəti cəlb edir. 

Mənbə qeyd edir ki, Ərdoğan seçkiləri bilərəkdən 17 ay qabağa çəkib. Onun AKP və MHP-dən ibarət ikipartiyalı koalisiyasına qarşı dörd partiyadan ibarət müxalifət koalisiyası dayanıb. Həmin partiyalardan birinin lideri isə qadındır. Prezidentliyə cümhuriyyətçilərin namizədi, sünni müsəlman Muərrəm İncə, İyi Partiyanın lideri isə Türkiyədə populyar olan Meral Akşenerdir. 

Cebhe.info xəbər verir ki, ukraynalı jurnalist Osman Paşayevin sözlərinə görə, Ərdoğan erkən seçkilər təyin etməklə Meral Akşeneri böyük siyasətə buraxmamaq, xüsusilə, seçkilərdə namizdəliyə tələb olunan lazımi sayda imza toplamaq üçün zəruri olan vaxtdan məhrum etmək istədi. Lakin Akşener bütün maneələri aşdı. Hər iki müxalifət lideri özlərini dünyəvi siyasətçi kimi görür. Ancaq qeyd etmək lazımdır ki, nə İncə, nə də Akşener anti-islamçıdır. Hətta siyasətçi qadının islamçılarla əməkdaşlıq təcrübəsi var. Buna görə də ehtimal ki, elektoratın nüvəsini təşkil edən Türkiyədəki dünyəvi inkişaf tərəfdarlarından başqa, hazırkı prezidentə müxalifətdə olanlar siyasi İslam tərəfdarlarının bir hissəsini də Ərdoğandan özlərinə tərəf çəkə biləcəklər. Bəlkə də, ümumiyyətlə, bəzi mühafizəkar seçiciləri öz tərəfinə cəlb edəcəklər. 

Politoloq hesab edir ki, səsvermənin birinci turunda İncə Ərdoğandan da az səs toplayacaq. Ən çox səs yığan isə Akşener olacaq. İncə ikinci turda müxalifətin dəstəyini qazanacağı halda Ərdoğana qalib gələ bilər. 2017-ci ildə keçirilmiş referendumun nəticələri göstərdi ki, Ərdoğan uzaq yerlərdəki dindar əhalinin hesabına qələbə qazandı. İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərin əhalisi isə dünyəvi olmaqda davam edir və prezidentə qarşı çıxırlar. Referendumdan sonra Fransanın Ipsos şirkətinin apardığı rəy sorğusunun nəticələri Ərdoğanın seçicilərini getdikcə itirdiyini göstərdi. Hər il Türkiyədə 1 milyon insanın seçkilərdə iştirakına imkan verən yaşa çatdığını nəzərə alsaq, vaxt Ərdoğanın əleyhinə işləyir. Ərdoğanın və şəhərləşmə tərəfdarlarının sayı azalır: Başqa ölkələrdəki kimi, Türkiyə əhalisi tədricən kiçik şəhərlərdən və kəndlərdən meqapolislərə axışır. İqtisadi vəziyyət də Ərdoğanın əleyhinədir. 2017-ci ildə ümumi daxili məhsulun həcmi 2016-cı illə müqayisədə 3,2 faizdən 7,4 faizə qədər artmasına baxmayaraq, Türkiyədə yüksək işsizlik var. Amerika hökumətinin statistikasına görə, işsizlik 11,2 faiz təşkil edir. Türk lirəsinin məzənnəsi 2014-cü ildən bəri avroya nisbətdə iki dəfə, dollara nisbətdə isə 3 dəfə aşağı düşüb. Nəhayət, Türkiyədə çoxları 16 ildir hakimiyyətdə olan Ərdoğandan yorulub. O, öz çıxışlarından birində “Əgər insanlar “Tamam” deyərsə, mən çıxıb gedəcəm”,- deyib. Bundan sonra Tvitterdə 1,8 milyon hesab sahibi “Tamam” yazaraq prezidentə mesaj verib. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений