Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Türk lirəsinin məzənnəsinin kəskin ucuzlaşması manata təsirsiz ötüşməyəcək” – EKSPERT



“Türk lirəsinin son aylar ərzində ucuzlaşması daha çox bu ölkədə və onunla bağlı qərbdə baş verən siyasi olaylarla bağlıdır. Bunun Türkiyənin iqtisadi durumunda hər hansı bir kəskin dəyişiklik nəticəsində baş verdiyini demək olmaz”.

Cebhe.info xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

İqtisadçının qənaətincə, ortada daha çox siyasi motivlər var və bunlar da zaman-zaman Türk lirəsinin məzənnəsinin ücuzlaşmasına səbəb olur:

“Hesab edirəm ki, ABŞ-da Türkiyə vətəndaşı Rza Zərrabın maliyyə fırıldaqları ilə bağlı başlanan məhkəmə prosesləri də lirənin məzənnəsində baş verən son dəyişikliklərin əsaslarından biri kimi qəbul edilməlidir. İranla bağlı sanksiyaların qüvvədə olduğu dönəmlərdə Türkiyə vətəndaşının türk bankları vasitəsilə bu sanksiyaların əksinə əməliyyatlar çevirməsi, ölkənin maliyyə-bank sisteminin imicinə ciddi bir zərbə olacaqdı. Hələlik məhkəmə prosesi gedir, ortada konkret bir qərar yoxdur. Faktlar təsdiqləyən məhkəmə qərarı qəbul edildikdən sonra isə lirənin məzənnəsinin daha da zəifləməsi qaçılmaz olacaqdır. Qardaş ölkə ilə bağlı baş verən bu hadisələr nə qədər arzuolunmaz olsa da fakt faktlığında qalır”.

Fikrət Yusifov onu da əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında sıx ticarət əlaqələri mövcuddur:

“Hazırda Türkiyə Azərbaycanla xarici ticarət dövriyyəsinin həcminə görə başqa ölkələrdən irəlidədir. İki ölkə arasında xarici ticarət dövriyyəsi 2016-cı ildə 2 milyard 314 milyon ABŞ dolları səviyyəsində olub. Həmən ildə ikinci yerdə gedən Rusiya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 51 milyon ABŞ dollarına təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi, başqa ölkələrlə müqayisədə Türkiyə ilə ticari əlaqələrimiz daha genişdir. Bu səbəbdən türk lirəsinin məzənnəsində baş verə biləcək kəskin ucuzlaşmanın Azərbaycanın milli valyutasına tam təsirsiz ötüşəcəyini demək olmaz”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений