Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Türkiyənin Qarabağ açıqlaması Rusiyaya mesajdır”



“Türkiyənin Qarabağ münaqişəsinin həllində aktivlik etməsi Cənubi Qafqaz regionunda geosiyasi maraqlarından irəli gəlir. Məhz rəsmi Ankara bu münaqişənin həllindən dolayı regionda aparıcı siyasətini saxlaya bilər”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Minsk qrupu həmsədrləri ilə görüşü, həmçinin Bakıda konfliktin həllilə bağlı açıqlamaları Rusiyaya mesajdır: “Türkiyə məhz bu münaqişənin həllilə bağlı fəallığı nəticəsində Cənubi QafqAzda öz siyasətini gücləndirə bilər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Rusiya Türkiyənin tarix boyu Qafqaz siyasətinə ehtiyatla yanaşıb və daim çalışıb ki, bu siyasətin qarşısını alsın.

Bu siyasətə qarşı Türkiyə-Azərbaycan tandemi Rusiyanın təzyiqlərinə sipər ola blər. Türkiyə, Azərbaycan və Pakistan arasında yeni siyasi format yaranıb. Bu siyasi formatı hərbi format üzrə inkişaf etdirmək üçün üç ölkənin birgə hərbi təlimlər keçirməsi Rusiya və Ermənistan üçün ciddi mesaj olar.

Qeyd edim ki, bu təlimlərin Azərbaycanda keçirilmısi üçün geniş imkanlar olmaqla yanaşı, Azərbaycana siyasi-hərbi dəstəyin ifadəsi olar”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений