Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərəli deyil” - İQTİSADÇI



“Kids Studio”da baş verənlər bir sıra vacib məqamları yenidən gündəmə gətirib. Bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı vandalizm ilə müqayisə gələcək bir hadisə olsa da biz indi onu müzakirə etməyəcəyik. Güman edirəm ki, hüquq mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmamasını araşdıracaqlar”.

Cebhe.info xəbər verir ki, bunu Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən videoya münasibət bildirərəkən  iqtisadçı-alim Vüqar Bayramlı deyib.

İqtisadçı hesab edir ki, məsələnin institutsional tərəfləri var:

“Əvvəla, necə olub ki, müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar da belə İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib? Lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyəyə malik olmaq deməkdir. Buna rəğmən, qəribə olsa da bu yaraşıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb”.

Vüqar Bayramovun qənaətincə, özəl uşaq bağçaları daxil olmaq digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişikliyə ehtiyac var:

“Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərəli deyil. Həmçinin, uşaq bağçaları daxil olmaq bütün təhsil müəssisələrində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir- xüsusən də təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений