Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Xanəndənin taleyi” oktyabrın 7-də...



Opera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində faydalı ənənəsini bu mövsümdə də davam etdirir

Cebhe.info xəbər verir ki, növbəti tamaşa Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaqdır. Premyerası oktyabrın 7-də baş tutacaq tamaşa 109-cu mövsümün ilk premyerasıdır. 

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə almış və həmin ildə opera səhnəyə qoyulub. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. 

Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa edib. 

Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər. 

Tamaşanın musiqi rəhbəri və dirijoru  Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İki pərdəli opera tamaşası üçün çox baxımlı və rəngarəng dekorasiya və kostyumlar hazırlanmışdır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran  Babayevdir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений