Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"" Abşeron Kristall" MMC metro stansiyasına təhlükə yaradır "- Ekspert



“Bakı şəhərində tikinti qaydalarının kobud şəkildə pozulması halları davam edir. Bu tikintilər əsasən strateji əhəmiyyət kəsb edən metro stansiyalarının üstündə tikilməsi çox ciddi fəsadlara səbəb olacaq”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, milyonlarla dövlət büdcəsindən vəsait ayrılması bir tərəfə, bu strateji nəqliyyat vasitələrinin üstündə çoxmərtəbəli binaların tikintisi harın məmur təbəqəsinin bir daha ölkəyə vurduğu zərbələrin nümunəsidir: “”Azadlıq Prospekti” metrosunun üstündə "Abşeron Kristall " MMC tərəfindən tikilən çoxmərtəbəli bina birbaşa metronun bir neçə ildən sonra çökməsinə və dağılmasına səbəb olacaq. Tikintinin yanında yeraltı qatarın getməsini aydın hiss etmək olur, yer tərpənir. Buna icazə verən səlahiyyətli orqanlar metronun təhlükədə olduğunu görmürlərmi? Metropoliten rəhbərliyi hara baxır?” 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений