Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

  Rufiz Qonaqov: "İçtimai sabitliyi pozmaq istəyənlərin arzusu ürəyində qalacaq



"İlk növbədə qeyd etmək lazımdır ki, bu Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq cəhdidir. Çünki iki polis zabiti qətlə yetirilib və bundan öncə də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı güllələnib. Bu hadisələr biri-birinin davamıdır və mənə belə gəlir ki, açıq aydın Azərbaycandakı ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyi, eyni zamanda xalqın cənab prezident İlham Əliyevin yürütdüyü siyasəti davamlı olaraq dəstəkləməsi müəyyən dairələri narahat edir. Hesab edirəm ki, bu dairələr xarici dairələrdir. Xüsusilə də müəyyən kəşfiyyat orqanları, qurumlarıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.

O bildirib ki, burada heç şüphəsiz ki, ölkəmizin ictimai-siyasi sabitliyini təmin edən polis öz xidməti vəzifəsini yerinə yetirərkən iki zabitini itirib. Azərbaycanda hər zaman vətəndaşlara sərbəst toplaşmağa, eyni zamanda digər kütləvi aksiyalar keçirməyə icazə verilib, lakin qanun çərçivəsində. Bu səfər isə tam qanunsuz və eyni zamanda küt alətlərlə polisi qətlə yetirmək bir daha ona göstərdi ki, bu silsilə xarakteri daşıyan, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən müəyyən dairələrin tapşırığı ilə yerinə yetirilir. Hüquq-mühafizə orqanları, güc strukturları bununla bağlı bəyanat yayıblar və sözsüz ki, bununla bağlı tədqiqat aparılaraq məsələ tamamilə aydınlaşdırılacaq.

Rufiz Qonaqovun sözlərinə görə, göz önündə bir şey var ki, bu təxribat cəhdidir. İstər xarici qüvvələr olsun, istərsə də xarici təşkilat orqanlarının tapşırığını yerinə yetirən daxili qüvvələr Azərbaycandakı ictimai-siyasi sabitliyi poza bilməyəcək. Ölkəmizdə ictimai-siyasi sabitlik tam nəzarət altındadır. Bunu artıq bütün mühafizə orqanları da öz bəyanatında qeyd etdilər. Bu gün Xarici İşlər Nazirliyi də bununla bağlı açıqlama yaydı.

Ekspert son olaraq əlavə etdi ki, Azərbaycan xalqı da necəki aprel ayında cənab prezident İlham Əliyevi dəstəklədi, indi də bütövlükdə prezidentin yanındadır və  dövlətimizə güvənir. Nə olursa olsun heç bir zaman bu qüvvələr öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Zabitimizi öldürməklə yaxud da hədələməklə icra başçısını güllələməklə sözsüz ki, bir qorxu xofu yaratmaq məqsədləri var amma yenədə deyirəm ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir və Azərbaycan bu gün kifayət qədər güclü bir ölkədir. Azərbaycanın bu gün güclü dövləti və hakimiyyəti var. Sözsüzki bu hakimiyyət xalqla birlikdə bütün bu məsələlərin dic yolla həllinə nail olacaq və heç bir zaman öz ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq mümkün olmayacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений