Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

1 İŞİD, 3 ölkə: Qələbənin müəllifi kimdi?



ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İraq və Suriyada İŞİD terror təşkilatı üzərində qələbəyə nail olub. “Bildiyiniz kimi, biz Suriyada qalib gəldik, biz İraqda qələbə qazandıq, lakin onlar digər əyalətlərə yayılırlar. Biz yayıldığı sürətlə onları izləyirik", - deyə Tramp 2018-ci il üçün müdafiə büdcəsinin imzalanma mərasimi zamanı qeyd edib. Trampın sözlərinə görə, onun administrasiyasının son 8 ay ərzində İŞİD-lə mübarizədə qazandığı uğurlar, sabiq dövlət başçısı Barak Obama administrasiyasının bütün xidmət müddəti boyu əldə etdiklərindən daha böyükdür.

Rusiyanın Əbu Kamal yalanı

Trampın açıqlamasından bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda isə İŞİD-in Suriyadakı rus ordusu tərəfindən məğlub edildiyi bildirildi.Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri Suriyada İŞİD-in məhv edilməsi tapşırığını yerinə yetirib. Qeyd edildi ki, Əbu Kamal şəhəri və Yefrat çayının sahilində olan bir sıra yaşayış məntəqələri terrorçulardan azad edilib: “Artıq Suriyada İŞİD-in nəzarətində olan yaşayış məntəqəsi yoxdur. İŞİD-in məhvinin son mərhələsi Rusiya Hərbi Hava Qüvvələri aviasiyasının miqyasına və döyüş gərginliyinə görə bənzəri olmayan əməliyyatları ilə müşayiət olunub.Döyüş təyyarələrimiz gündəlik 100 uçuş keçirib və 250 aviazərbə endirib”.

İŞİD-in “son qalası”

Rusiya tərəfinin iddiasının əksinə olaraq, Amerika KİV-ləri Əbu Kamal şəhərinin hələ də İŞİD-in nəzarətində olduğunu bildirirlər.İraqdakı mövqelərini tamamilə itirən İŞİD Suriyada kiçik bölgədə sıxışıb qalıb.“Fərat vilayəti” adlanan bu bölgə Əl-Kaym, Rava və Anah, həcminin ölkənin Deyr əz Zor bölgəsi arasında yerləşir.Bura kiçik Əbu Kamal şəhəridir.Şəhər Suriya ordusunun nəzarətinədir.Rava şəhərinin bir hissəsi də İŞİD-in nəzarəti altındadır. “Fərat vilayəti”nin bu terror təşkilatı üçün simvolik mənası var. Bölgə Fərat çayı boyunca yerləşən qəsəbələri əhatə edir. Bölgəyə “Fərat vilayəti” adını İŞİD 2014-cü ildə verib, məqsəd buradan bütün ərəb dövlətlərini birləşdirmək idi.Təşkilatın əsas planları da burada hazırlanırdı.

Hazırda da 30 minlik İŞİD üzvünün böyük hissəsi burada yerləşib və məskunlaşıb.Qalan militanlar isə pərakəndə formada İraq və Suriyanın ayrı-ayrı yerlərində döyüşürlər.Əbu Kamal isə tamamilə İŞİD-in nəzarətindədir.Əsəd ordusuna bağlı birliklərin həmlələrinə baxmayaraq, şəhəri terror təşkilatının nəzarətindən çıxarmaq mümkün deyil.Suriya ordusu Əbu Kamala çatmaq üçün Deyr əz Zor ətrafında yerləşən qəsəbələrdən həmlələr edirlər.İŞİD isə İraqdakı qalası - Mosulu və Suriyada Raqqanı itirdikdən sonra Əbu Kamalı əlində saxlamaq müqaviməti davam etdirir.

YPG ilə əməkdaşlıq

Yaxın günlərdə isə Türkiyə KİV-ləri İŞİD-lə bağlı daha bir ilginc məlumat əldə etdi. Məlumata görə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri və YPG terror təşkilatının müşayiəti altında Suriyanın Raqqa şəhərindən çıxarılan İŞİD terror təşkilatının Türkiyə ordusunun bu ölkədə əməliyyat (“Fərat qalxanı”) apardığı bölgələri hədəf aldığı üzə çıxıb. Gerablusa girməyə çalışan İŞİD militanlarının bölgə ətrafında yerləşməyə başladıqları bildirilir.Başqa sözlə, YPG Raqqadan çıxardığı İŞİD militanlarını “Fərat qalxanı” əməlliyatlarının keçirildiyi bölgələrə yönəldib.Məlumatda bildirilir ki, İŞİD bununla Türkiyə ordusunu kürd terror təşkilatlarının nəzarətində olan Afrindən uzaqlaşdırmaq niyyətindədir.Məlumatda həmçinin İŞİD və YPG-nin son zamanlarda əməkdaşlıq etməyə başladıqları da diqqətə çatdırılır.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений