Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

1 meydan, 4 müxalif namizəd: Birgə mitinq mümkündürmü?



Prezident seçkilərinə artıq start verilib. Hakim partiya ilə yanaşı bir sıra müxalifət nümayəndləri də namizədliyini irəli sürüb. Cəmiyyət seçkidə iştirakla bağlı qərar verən siyasilərin namizədliyi qeydə alınandan sonra seçqiqabağ əməkdaşlıq məsələsini müzakirə edir. Hətta namizədlərin birgə əməkdaşlıq formatında mitinqlər keçirəcəyi ilə bağlı da yanaşmalar var.

Məsələni namizədliyini irəli sürmüş siyasilərin özləri ilə müzakirə etdik. 

Azərbaycan Xalq Cəbhəsi Partiyacının (AXCP) sədri Razi Nurullayev Cebhe.info-ya açıqlamasında prezidentlik uğrunda mübarizə aparan siyasi təşkilat və partiyaların birgə mitinqinə inanmadığını deyib: 

“Hər zaman eyni dəyər və məqsədləri bölüşən təşkilat və siyasətçilərin bir nöqtəyə vurmasının tərəfdarı olmuşam, olaraq da qalıram.  Birgə mitinqə inanmıram. O zaman məntiqli sual yaranar ki, niyə birgə mitinq keçirənlər vahid namizəd müəyyən edə bilmir? Xeyirlisi, təki belə müzakirələr olsun. Yəqin ki, müzakirələrdən xalq və ölkəmiz üçün də faydalı qərarlar çıxar”. 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, seçkilərdə iştirakı qeydə alınmış namizədlərin birgə mitinq keçirməsi gözəl olar: 

“İlk növbədə bu, onu göstərər ki, biz birləşə bilirik və bir-birimizə qarşı düşmən mövqe tutmuruq. Seçkilər normal prosesdir. Hesab edirəm ki, bu prosesdə bütün namizədlər eyni mövqedən çıxış edir. Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin, daha sonra isə sosial problemlərin həllidir. Ona görə də düşünürəm ki, birgə mitinq təşkil olunsa, biz də qatılacağıq”.

AG Partiyanın sədri Tural Abbaslı ümumiyyətlə, bütün proseslərdə birgə əməkdaşlığın tərəfdarı olduğunu bildirib: 

“Təbii ki, birgə mitinqlərin keçirilməsi də mümkündür. Zamanı gəldiyində müzakirə oluna bilər. Namizədlərin hədəfləri eynidirsə, niyə də olmasın? Gözləyirik ki, proses yekunlaşsın. Hələ imza vərəqələrini götürməmişik. Biz istəyirik ki, seçki marafonunda nəyəsə nail olaq, hədəflərimiz var və bunun üçün çalışırıq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrinin müavini Ramil Hüseynov qeyd edib ki, təbliğat və təşviqat kampaniyasında müxalifətin birgə addım atması mümkündür: 

“Namizədlər ayrı-ayrı təşkilatları təmsil etsə də, birgə mitinq müxalifətin xeyrinədir. Əgər belə bir şey baş tutsa, müsbət nəticələnə bilər”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений