Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

10 min manat niyə veriləcək? - Prezidentliyə namizəd açıqladı



“Niyə sizdən səs istəyirəm? Hər ailəyə öz ailə biznesini yaratmaq üçün 10000 AZN veriləcək. Hökumət hər bir ailəyə biznes planın yaradılması və tövsiyələrin verilməsi üçün hər bir rayon və şəhərdə məsləhət - inkişaf mərkəzləri yaradacaq. Burada işləyən ekspertlər, mütəxəssislər ailələrə yatırım etmək üçün kömək göstərəcək”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, prezidentliyə namizəd Razi Nurullayev deyib.

R.Nurullayev 10 min manatın verilməsində məqsədin nə olduğunu da izah edib: “Məqsəd bundan ibarətdir ki, insanlar aldıqları pulu real iqtisadiyyatın sahələrinə qoyub biznes qura, 10000 manatlarını 20000, 50000 və 100000 manata çevirə bilsinlər. Bu işlərin həyata keçirilməsi üçün xarici mütəxəssislər və beynəlxalq maliyyə qurumları, bank sindikatlaır ilə birlikdə yeni bir bank yaradılacaq və ya mövcud etibarlı banklardan biri seçiləcək. İdarəçilik isə xarici mütəxəssislərə tapşırılacaq. Bu sosial layihə nəticəsində Azərbaycanda kasıblıq 100 faiz aradan qaldırılacaq və əhalinin 80 faizi orta təbəqəyə çevrilə biləcək. Bu yatırım həm də ölkə iqtisadiyyatını yeni mərhələyə daşıyacaq”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений