Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

10 ölkəni silkələyən zəlzələ: Süni törədilib?



İran-İraq sərhədində baş verən 7,2 ballıq zəlzələnin təkanları Azərbaycanda da hiss olunub. Maraqlı iddialardan biri də budur ki, bu zəlzələlərin bir qismi süni şəkildə yaradılır.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Cebhe.info yeni yaradılan, süni zəlzələlər haqda danışıb. O, bildirib ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə də yaradılır:

“Zəlzələni canlı aləm hiss etmirsə, deməli bu tektonik, süni üsulla yaradılıb. Ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edib həmir yeri tərk edirlər. Hər hansı bir dövlətə qarşı əks siyasət yeridildikdə bu cür üsullardan istifadə edilir. Məqsəd də budur. Dünyanın iki nəhəng dövləti var. Biri Rusiya, digəri isə Amerikadır. Bu dövlətlərin elə silahları var ki, bu təkanları süni surətdə gücləndirə bilir. Bu yolla digər dövlətləri qorxudur, onları yürütdüyü siyasətdən çəkindirmək üçün hədələyirlər”.

Qeyd edək ki, bir neçə gün öncə baş verən zəlzələ nəticəsində İranda 211 nəfər həlak olub, 1700-ə yaxın insan yaralanıb. İraqda isə 7 nəfərin öldüyü, ən azı 50 nəfərin yaralanıb.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений