Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

100 milyon oğurlayan bankir – “Əslində problemlər daha dərindir”



“Mətbuat yazır ki, "Günay Bank"ın İdarə Heyəti sədrinin müavini Emin Zeynalov bankın əmanətçilərinin 100 milyon manat pulunu götürüb qaçıb.

Səhv etmirəmsə, Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun (şəkildə sağdadır) oğludur. Səhv edirəmsə, məlumatı olanlar bildirsinlər. Bəzi KİV-lər isə "Günay Bank"ın müşahidə şurası sədri Mahmud Məmmədova istinadən yazır ki, 100 milyon manat xəbəri yanlışdır və Emin Zeynalov borclarına görə işdən azad edilib. Lakin bankın saytından Zeynalovun adı yalnız bir neçə dəqiqə əvvəl çıxarıldı”.

Cebhe.info xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, əslində problem daha dərindir:

“Mahmud Məmmədov həmçinin deyib: "2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq". İllər boyu bank sahibi və rəhbəridir, amma gəlirlə mənfəəti ayıra bilmir! Bütün banklar gəlirlə işləyir! Mənfəətlə işləyən azdır! Oğurluq xəbərinin düzgün olub-olmadığına yəqin ki, hüquq-mühafizə orqanları yaxında aydınlıq gətirər. Amma xəbər doğru olsa, təəccüblənmərəm. Yalnız ona görə yox ki, bankın sahibi gəlirlə mənfəəti fərqləndirə bilmir və Zeynalovun işdən azad olunduğunu desə də, bankın saytı son dəqiqələrədək bunun əksini göstərirdi.

Problem daha dərindir. Azərbaycan bankları üzərində normal nəzarət olmadığı şəraitdə nə gözləməli idik ki? 100 mln. manat nədir ki? "Bank Standard"da 1 mlrd. manat çatışmır, heç buna təəccüblənən yoxdur. Heç ona illər boyu nəzarət etmiş Mərkəzi Bankdan da "Bəs necə nəzarət etmisən?" soruşan yoxdur. Üstəlik Elman Rüstəmov bir neçə gün əvvəl mətbuat konfransında jurnalistləri dolayısı ilə savadsızlıqda suçlandırdı və yaxında maarifləndirici seminarlar keçirəcəyini vəd etdi (gözləyəcəyik və videosunu izləyəcəyik!). Adama deyərlər: işini normal gör, sonra başqalarına ağıl verərsən! Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhərliyinin savad və səriştəsini görəndə Elman müəllimə irad tutmaq çətinləşir. Heç olmasa Mərkəzi Bankın banklara nəzarət etdiyi dövrdə milyonlar birdən deyil, tədricən oğurlanırdı. Mərkəzi Bank daha təcrübəli və tədbirli idi?”

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений