Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərildi



Goranboyda küçədə aşkarlanmış 104 yaşlı Mədinə Əliyevə Çeçenistana göndərilib.

Bu barədə Haqqin.az-a "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova açıqlama verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yeni il bayramı ərəfəsində, Goranboyda, soyuq hava şəraitində küçədə qalan Mədinə Əliyeva adlı 104 yaşlı Çeçenistan sakinin tapıldığı barədə məlumatlar dərc olunmuşdu.

İlkin tibbi yardımın göstərilməsindən sonra ahıl xanım Bakıda sığınacağa  yerləşdirilmişdi. Qadın Kərbəlanı ziyarət etməyə çalışsa da, yoldaşları onu aldadaraq Goranboyda tərk edib. Mədinə Əliyeva Çeçenistana qaytarılması üçün kömək istəyib.

Bir neçə gün sonra Mədinə Əliyevanın taleyi ilə şəxsən Çeçenistan lideri Ramzan Kadırov maraqlanıb, o, müvafiq strukturlara əlacsız qadına yardım etmələrinə dair göstəriş verib.

Ötən gecə M.Əliyeva Çeçenistandan olan nümayəndə heyətinin müşayiəti ilə Azərbaycanı tərk edib.

"Azərbaycan DİN və Çeçenistan nümayəndə heyətinin vasitəçiliyi ilə, o, Çeçenistana göndərilib.  Bakıda ona bütün lazımi tibbi yardım göstərilib. Ancaq Çeçenistanda yaşamaq istəyini nəzərə alaraq, onun Rusiyaya göndərilməsinə qərar verilib”, – deyə Mehriban Zeynalova bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений