Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

12 yaşında atalığından hamilə qalan qızın bacısı da zorlanıbmı? - Rəsmi



Balakən Rayon Prokurorluğu 12 yaşında atalığından hamilə qalan uşaqla bağlı başlanılan cinayət işinə aydınlıq gətirib.

Müstəntiq Rizvan Eminov AzNews.az-a açıqlamasında Elçin Şindiyevin barəsində aparılan istintaq işinin 2-3 aya kimi yekunlaşacağını deyib:

“Onun barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq gedir. İstintaq 2-3 aya kimi başa çatacaq”.

Rizvan Eminov ailədə olan digər azyaşlı uşağın hələ istintaqa cəlb olunmadığını dedi: “Evdə daha bir qız uşağı da var. Atalığın ona təcavüz edib-etməməsinə və başqa cinayətlərinin olması istintaqın gedişi zamanı bilinəcək. Amma hələ o, həmin uşağa təcavüz edib-etməməsini bildirməyib”.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений