Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

18 günlük əsirlik bitdi: Taylandda uşaqların hamısı mağaradan çıxarıldı - FOTO



Taylandda mağarada köməksiz vəziyyətdə qalmış uşaqların hamısı xilas edilərək ailələrinə təhvil verilib. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, xilas etmə əməliyyatı zamanı mağarada 12-ci uşaq da çıxarılıb.Həmçinin mağarada qalmış təlimçi də çıxarıldıqdan sonra əməliyyatlar dayandırılıb. Mağaradan çıxarılan uşaqların bir həftələrini xəstəxanada keçirəcəkləri ehtimal olunur. 

Yayılan məlumata görə, onların ikisində pnevmoniya əlamətləri var və həkimlər onları antibiotiklə müalicə edirlər. Səhiyyə Nazirliyinin məlumatına əsasən, uşaqlardan qan analizi götürülüb və ola biləcək infeksiyalara qarşı tədqiqatlar keçirirlər. 

Həkimlər bildirir ki, oğlanlar özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, 23 iyunda Taylandda 12 yeniyetmə və onların 25 yaşlı təlimçisi futboldan çıxıb mağaraya səyahətə gediblər. Bu zaman gözlənilmədən güclü yağış başlayıb və mağara su ilə dolub. Bununla da qrup mağaradan çıxa bilməyib. İtən uşaqlar doqquz gündən sonra, mağaranın dərinliyində, girişə dört kilometr məsafədə aşkarlanmışdı.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений