Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

20 ildir efirdə görünməyən Zemfira Nərimanova: “Özümü göstərməyi, boş dedi-qoduları sevmirəm” - FOTO



Xalq artisti Zemfira Nərimanovadan yeni xəbər var.

Cebhe.info xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası efirdə görünməməyinin səbəbini açıqlayıb. 

O, milli.az-a 20 ildir televiziyalara çıxmamağının səbəbini izah edib.

“Tamaşaçılara maraqlı olmağımın səbəbi efirlərə çıxmadığıma görə deyil. Ona görə maraqlıyam ki, sənətimə hər zaman hörmət etmişəm. Bu hörmətin də iki qatını özümə qarşı görmüşəm. Bir aktrisa və insan kimi çox tələbkaram. Özümü sənətdə yox, sənəti özümdə sevirəm. Demək olar ki, 20 ildən çoxdur ki, heç bir televiziya verilişinə qatılmıram. Desəm ki, dəvət etmirlər bu böyük yalan olar. Elə-belə çıxıb özümü göstərməyi, boş-boş dedi-qodu söhbətlərini heç xoşlamıram. Tamaşaçılara mənim sənətim maraqlı olmalıdır”, - deyə aktrisa söyləyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений